Aparılan araşdırmalara görə, qadınların yüzdə 57-si cinsi baxımdan özlərini "az təcrübəli” kimi tanıtdırır. Subay qadınların yüzdə 40-ı cinsi yaxınlıq etmir. Səbəb nədir?
Cinsəllik və cinsi həzz bir insanın haqqıdır, qadın cinsəlliyi nə vaxt, kimlə yaşayacağına, nə vaxt ana olacağına qərar verə bilməli fikrinə əsaslanan bu araşdırmada qadınların evlilik həyatına məlumatsız addım atdıqlarına diqqət çəkilir. Qadınlar öz bədənlərinə yaddır. Hətta onların bədənləri ilə ünsiyyəti kişilərin onların bədəni ilə ünsiyyətindən daha azdır. Qadınlar bədənlərindən necə həzz ala biləcəyini kəşf etmədən yaşayır, böyüyür, uşaq dünyaya gətirir və qocalır. Məsələ cinsi həzzə gəlincə qadınların məlumatı azalır.
Qadınların yönəldikləri cinsi həzz deyil, içində olduqları münasibətdir. Kişilər isə həzz axtarışında olurlar. Qadınlar cinsəlliklə bağlı bakirəliyini itirmə, ilk gecə, evlənəndə arzulanmama, hamilə qalıb qalmamaq, hamiləlik sonrası bəyənilməmə, qocalma, menopauza, menopauza sonrası tərk edilmə qorxusu yaşayırlar. Qorxu da qadının cinsəllikdən zövq almasına əngəl olur.
Araşdırmaya görə, qadınların 3-də 2-si bu baxımdan məlumatsız olur.
Qadınlar cinsəllikdə fantaziyalarına senzura qoyur və onları maraqlandıran kənardan necə görünməyidir.
Ailədaxili təcavüzün 2-ci dərəcəli cinsi şiddət olduğuna diqqət çəkilən bu araşdırma zamanı 5 qadından birinin ərinin təcavüzünə məruz qaldığı ortaya çıxıb.
Fantaziyası olmayanın cinsi həyatı qısa davam edir
"Sevişməni başladan qadın əxlaqsızdır. Cinsi yaxınlaşmanı kişi etməlidir. Qadın cinsi istəyinə təzyiq etməli, ərinə onu arzuladığını bir o qədər də bildirməməli, qadın istəməsə də, ərinə qarşı vəzifəsi olduğu üçün cinsəlliyi yaşamalı, qadın evlənənə qədər cinsəlliklə bağlı heç nə bilməməli, qadının cinsi həzzi, cinsi istək, təhrikinin heç bir əhəmiyyəti olmamalı, qadın duyğusal olaraq problem yaşasa da, cinsəlliyi heç nə olmamış kimi yaşamalıdır". Bunlar qadın cinsəlliyində yanlış inanclardır.
Normal cütlüklərin cinsi yaxınlıq sıxlığı həftədə ən az 4 dəfə olur. Daha az olması cinsi istəyin azalmasının göstəricisidir.
Tarix: 25.04.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 496 Bölmə: Cinsi Münasibətlər