Birinci nikah gecəsinin əsas problemi isə cinsi əlaqənin — kontusun necə keçirilməsidir.
Məsələ onda deyil ki, gənclər nə etməyi, necə etməyi bilmirlər. İstər ər və istərsə də arvad ətrafdan, bu məsələdə təcrübəsi olan dostlarından, müxtəlif ədəbiyyatdan müəyyən bilik əldə ediblər və bundan əlavə təbii instinkt özü də bu işdə yol göstərir. Amma hər halda birinci cinsi əlaqə ilə əlaqədar müxtəlif suallar meydana çıxır. Bir qayda olaraq birinci nikah gecəsi cinsi əlaqə vaxtı sevgi, mehribançılıq və nəhayət, ehtiras hissləri əvəzinə bütün kişilərin fikri-zikri arvadında qızlıq pərdəsi saxlanıb-saxlanmadığını bilməyə doğru yönəlir. Məsələyə bu cür münasibət isə, əlbəttə, gənc ər-arvad arasında inamsızlığın başlanğıcı üçün təməl rolunu oynaya bilər.
Qeyd etmək lazımdır ki, namus məsələsi ilə heç bir əlaqəsi olmayan aşağıdakı hallarda ilk cinsi əlaqə zamanı qızlıq pərdəsinin və ya qanaxmanın olmamasını onun namus məsələsi ilə heç bir, əlaqəsi olmayan qeyri-qanuni cinsi əlaqədə yırtıldığı təsəvvürü də yarana bilər:
1) hələ körpə yaşlarından qızlıq pərdəsinin qeyri-normal yarımçıq inkişafı nəticəsində o, aypara şəklində olarsa;
2) qızlıq pərdəsi nisbətən böyük və qalın olarsa;
3) qızlıq pərdəsində qan damarlan çox azdırsa və ya yırtılan hissədə heç yoxdursa, yaxud ağrı hissiyyatının qorxusundan qan damarlan burada çox sıxılıbsa;
4) nadir hallarda tamamilə bütöv olan qızlıq pərdəsi birinci aybaşı vaxtı, aybaşı qanını uşaqlıq yolundan buraxmaq üçün cərrahi müdaxilə nəticəsində kəsilibsə;
5) nəhayət, bəzi hallarda müxtəlif səbəblərdən (yıxılıb zədələnmək və s.) qızlıq pərdəsi izdivaca qədərki müddətdə yırtılıbsa.
Məhz buna görə də nikah gecəsində, cinsi əlaqə vaxtı qızlıq pərdəsinin yırtılmaması və xüsusilə qanın görünməməsi gələcək həyat yoldaşının — arvadın naMusu üçün göstərici olmamalı, gənclər arasında toya qədərki sevgi, məhəbbət hisslərini pozub dağıtmamalıdır.
Gənclərə başqa bir səbəbə görə də tələsmək məsləhət deyil. Qızlıq pərdəsi yırtıldıqda ağrı hissi və qanaxma olur ki, bu da gənc qadını həm müəyyən qədər qorxudur, həm də fikrini sevgi-məhəbbət hisslərindən yayındırır. Ona kərə pərdənin yırtılmasından . dərhal sonra cinsi əlaqəni dayandırmaq və həmin gecə onu təkrar etməmək məsləhətdir. Bəzi hallarda (güclü ağrı və qanaxmalarda) cinsi əlaqəni yalnız bir neçə gündən sonra təkrar etmək olar.
Əkər ər-arvadın hər ikisi ilk nikah gecəsi cinsi əlaqəni təkrar etmək istəsələr, onu çox ehtiyatla etməli və çalışmalıdırlar ki, bu zaman qadında ağrı hissləri olmasın.
Qızlıq pərdəsinin yırtılması nəticəsində nadir hallarda güclü və uzun müddət davam edən qanaxma ola bilər. Belə hallarda, gənc qadının sağlamlığını təhlükə qarşısında qoymamaq üçün təcili surətdə həkim çağırmaq və ya qadını xəstəxanaya aparmaq lazımdır.
Bəzi hallarda birinci intim əlaqədə qızlıq pərdəsi yırtılmır. Bu, kişinin cinsiyyət üzvünün zəif ereksiyası, qızlıq pərdəsinin çox qalın olması və ya ağrının vahiməsindən gənc təcrübəsiz qadının cinsi əlaqəyə aktiv müqaviməti nəticəsində ola-bilər. Bir qanun kimi bütün bu səbəblər müəyyən vaxtdan sonra (bir neçə gündən sonra) tədricən yox olur, ər-arvad arasında yaxın ünsiyyət yaranır və cinsi həyat qanunları normallaşır.
Əfsuslar olsun ki, çox vaxt birinci nikah gecəsi xoşbəxt ailə həyatının, izdivacda uyğunluğun yox, sözsüz dava-dalaşın, incikliklərin başlanğıcı olur. Normal cinsi həyatın yaranması üçün ailədə qarşılıqlı münasibət, sevgi, hörmət, inam və müqabil tərəfin xeyrin özününkündən üstün tutmaq prinsipi (altruizm) olmalıdır. Altruizm, ümumiyyətlə, ailə münasibətlərində, seksual əlaqə məsələsində isə xüsusilə vacibdir. Ər-arvadın biri o birinin yorğun, xəstə olduğunu hiss etdikdə, yaxud kişi qadının ” qadağan günləri “olan aybaşı və ya hamiləliyin, doğuşdan sonrakı vaxtın Müəyyən müddətində özünü! cinsi əlaqə istəyini büruzə verməməlidir.
Bəzən arvad özü cinsi əlaqə arzusunda olmasa da, ərinin arzusuna hörmət etməlidir. Amma bu “hörmətdən” sonra bunu ərinin üzünə vurmamalı, ərinin arzusuna razılığını “zülmə dözmək” kimi qəbul etməməli və bunu heç bir vəchlə bildirməməlidir. Bütün bu məsələlər ər-arvad arasında gələcək münasibətin təməlini qoyur.
Kişilərin əksəriyyətində özünə inamı elə bil ki, birinci nikah gecəsində, birinci cinsi əlaqənin müvəffəqiyyətlə yerinə yetirilməsi yaradır. Bununla əlaqədar əhali arasında onanizmin bütün bədənə, xüsusilə cinsiyyət sahəsinə zərəri haqqında yayılmış mülahizəyə toxunmamaq olmaz.
Aydındır ki, gənclik dövründə hiperseksuallıqla (hiper — artıq, yüksək) əlaqədar yeniyetmələrin və gənclərin əksəriyyəti onanizmlə məşğul olur və bilər birinci nikah gecəsində normal cinsi əlaqədə ola bilmədikdə öz uğursuzluqlarını onunla əlaqələndirirlər.
Müvəffəqiyyətlə qurtaran birinci cinsi əlaqə, demək olar ki, problemlərin əksəriyyətini həll edir və kişidə (qadında) özünə inam yaradır.
Bəzən birinci nikah gecəsi kişinin uğursuzluğu, yəni spermanın vaxtından qabaq, hətta bəzən cinsi əlaqəyə başlamazdan əvvəl ifraz olunması nə kişini, nə də qadını narahat etməməlidir, belə ki, bunun spermanın uzun müddət toplanıb qalması, toyla əlaqədar sinir sisteminin gərginliyi, sevgili qadınla çoxdan gözlənilən yaxınlığın təsiri kimi bir sıra obyektiv səbəbləri vardır. Qısa müddətdən sonra kişinin cinsiyyət üzvündə yenidən ereksiya vəziyyəti Yaranır və normal cinsi əlaqəyə heç bir maneə olmur.
Lakin vaxtından əvvəl baş vermiş eyakulyasiyanın əsl səbəbini bilməyən kişilər həddən artıq mütəəssir olur və bəzən təkrar uğursuzluğun qorxusundan cinsi əlaqədən boyun qaçırırlar. Qadınlar isə (bəziləri) təhqiramiz giley-güzarla bu vəziyyəti ərinin keçmiş “günahlarının” nəticəsi kimi qiymətləndirirlər.
Qeyd etmək vacibdir ki, qadının xeyirxahlığı, bu dəqiqələrdə ərinə göstərdiyi xüsusi diqqət və mehribançılığı kişinin sinir sistemindəki gərginliyin yox olmasına və onun cinsi fəaliyyətinin normallaşmasına şərait yaradır. Uğursuzluğun aradan çıxmasına təkrar cinsi əlaqənin müvəffəqiyyətlə nəticələnməsi səbəb olur.
Ümumiyyətlə, birinci nikah gecəsindən ta ki, evlənməyin brilyant yubileyinə (75 il) qədər olan müddətdə arvad ərinin seksual bacarığına mənfi qiymət verməməlidir. Yalnız qadının verdiyi müsbət qiymət, bu gün mümkün olmayan. şeyin sabah mümkün olacağına inam kişinin cinsiyyət gücünü, bacarığını normal vəziyyətə gətirir.
Gənc ərlərin arasında belə bir inam var ki, mane ola biləcək bütün səbəblərə baxmayaraq ilk cinsi əlaqə birinci nikah gecəsi olmalı, ər öz “kişiliyini” elə o gün göstərməlidir. Öz məqsədinə çatmaq üçün ərlər kobudluqla, hörmətsizliklə, bəzən güclə cinsi əlaqədə olmağa çalışırlar. Kobudluq və gücün tətbiq olunması bəzi qadınlarda çox çətin müalicə olunan vakinizm vəziyyətinin əmələ gəlməsinə səbəb olur ki, budların, yançaqların, qarının aşağı nahiyəsinin əzələlərinin qeyri-iradi qıç olması ilə özünü göstərən vəziyyətdən aylar, illər etsə də, ər arvaddan öz kobudluğuna görə yüz cinsi üzr istəsə də, arvad ərinin kobudluğunu bağışlasa da belə, normal cinsi əlaqə mümkün olmur.
Birinci nikah gecəsi cinsi əlaqədə orqazmı hiss etmək qabiliyyəti çox az qızlarda olur. Qadınların əksəriyyətində isə əri ilə cinsi əlaqə vaxtı orqazm vəziyyətinin baş verməsi aylar, hətta bəzən illər keçdikdən sonra olur. Əlbəttə, bu heç də o demək deyil ki, bu müddətdə onlar cinsi əlaqədə olmasınlar; belə halda onlar intim yaxınlığın ehtiras əmələ gətirmə qabiliyyətindən, ümumiyyətlə, məhrum olardılar. Gənc ər bu haqda bilməlidir və ailə həyatının ilk çağlarında arvadından ehtiras hisslərinin aşıb-daşmasını gözləməməli, arvadını soyuqluqda günahlandırmamalı və xüsusilə əvvəllər tanıdığı qadınlarla müqayisə etməməlidir.
Uşağın “hardan və necə” əmələ gəldiyini yeniyetmələr və gənclər bilirlər, amma bu məsələnin bəzi bioloji— fizioloji incəlikləri, hamiləliyin qarşısının alınmasının müxtəlif üsulları onların əksəriyyətinə məlum deyil. Bəzən ailədə yaranmış müəyyən səbəblərə görə elə birinci nikah gecəsindən hamiləliyin qarşısının alınması tələb olunur. Bununla əlaqədar xoşagəlməz vəziyyət yaranır. Bir tərəfdən toyla əlaqədar fiziki gərginlik, yorğunluq, bəzən spirtli içkilərin təsiri, birinci nikah gecəsinin psixoloji təsiri və s. qeyri-normal uşağın doğulmasına səbəb ola bilər. İkinci bir tərəfdən, birinci nikah keçəsi yatağının qarşısında kişinin prezervativ geyməsi və yaxud qadının hamiləlikdən qorunmaq üçün müəyyən proseduralara əl atması etika və estetika baxımından düzgün olmazdı. Bu vəziyyətdə hamiləliyin qarşısını almaq üçün ən düzgün yol cinsi əlaqəni yarımçıq qurtarmaq, yəni eyakulyasiyadan əvvəl əlaqəni qurtarmaqdır.
Birinci cinsi əlaqədən sonra gənc qadının xarici cinsiyyət üzvlərindən sidik kanalına, hətta sidik kisəsinə keçən iltihab prosssi baş verə bilər. Uşaqlıq yoluna və qızlıq pərdəsinin yırtılması nəticəsində əmələ gəlmiş zədələrə müxtəlif mikrobların yoluxmaması üçün cinsi əlaqədən əvvəl müəyyən gigiyenik tədbirləri yerinə yetirmək tələb olunur.
Gənc ər-arvadın çəmi bir neçə saat davam edən nikah gecəsi iki şəxsin ailə həyatına, . müqəddəratına, qarşılıqlı münasibətlərinə təməl daşı qoyur. Birinci nikah gecəsi bəlkə də gənclər üçün gələcək birgə həyata imtahandır. Və bu imtahanı onların hər ikisinin müvəffəqiyyətlə verməsi əksər hallarda möhkəm ailə qurulmasına zəmin yaradır. Bu elə bir imtahandır ki, onu təkrar vermək olmaz. Elə buna görə də bu imtahana hər cəhətdən hazırlıqlı gəlmək lazımdır.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Cinsel Bilgiler