Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısqanclıq

Ailənin etika və psixoloji mədəniyyəti ər-arvadın öz mübahisələrini təklikdə, kənar şəxslərin (valideynlər, tanışlar, xüsusilə uşaqlar) iştirakı olmadan aparmalarını tələb edir. Bundan əlavə, ər-arvadın tez-tez kəskin şəkildə təkrar etdiyi tənqid psixoloji diskomforta, konfliktlərə səbəb olur, onların arasında olan ər-arvadlıq əlaqəsini qırıb dağıdır. Belə vəziyyət gec-tez ailənin dağılmasına gətirib çıxarır.

Ər-arvad arasındakı konfliktlərdə qısqanclıq xüsusi yer tutur. Psixoloqlar qısqanclıq hisslərini keçirməklərinə görə insanları xüsusi testlərlə müxtəlif qruplara bölürlər. Burada qütblərin birində tamamilə qısqanc olmayanlar, o birisində isə qısqanclıq

hissləri patoloji dərəcəyə çatan şəxslər dururlar. Normal hesab olunan bir neçə qruplar aralıq sahədə yerləşirlər. Qısqanclıq da sevgi kimi daimi olaraq eyni səviyyədə qalmayaraq müxtəlif səbəblərin təsiri altında ,və yaşla əlaqədar dəyişir.
Mütəxəssislər qısqancları yalnız kəmiyyət göstəricisinə (“çox” və ya “az” qısqanclıq) görə deyil, süni zamanda büruzə verdikləri hisslərin keyfiyyətinə görə ayırırlar. Ən kəskin formaları “qəddarcasına qısqanclıq” və “əzablı qısqanclıqdır.” “Qəddarcasına qısqanclıq” inadkar, əza-zil, özündən razı, xırdaçı, emosional cəhətdən soyuq və heç kimlə dostluq, yaxınlıq etməyən şəxslərdə olur. Belələri ətrafdakılara icrası çox mətin və ya mümkün olmayan tələblər verirlər. Onlar müxtəlif məsələlərdə özlərinin günahkar olduqlarını heç bir vəchlə qəbul etmir, öz günahlarını başqalarının üzərinə atırlar. Belə subyekt özünə qarşı soyuq münasibət hiss etdikdə və səbəbini axtardıqda asanlıqla, tapır, bunu xəyanətlə (ər və ya arvad tərəfindən) əlaqələndirir. “Qəddarcasına qısqanclıq” qısqancılığın ən pis, növüdür. O, ailə həyatını cəhənnəmə döndərir. Belə xasiyyəti olan şəxslərin, yəqin ki, müalicəyə ehtiyacları vardır. O biri qütbdə “əzablı qısqanclıq” durur. Bu, xasiyyətində həmişə həyəcan, şübhə hissləri olan, özünün çatışmayan cəhətlərini, təhlükəni şişirdib böyüdən, özünü həmişə çıxılmaz vəziyyətdə hesab edən şəxslərdə olur. Özlərini zəif, maraqsız hesab edərək, belə şəxslər ətrafdan heç bir yaxşı münasibətə ümid bəsləmirlər, süni vaxtda öz bəxtlərindən narazı olub həmişə dərd-qəm hissləri ilə yaşayırlar. Onlar nə isə bir hadisənin, təhlükənin baş verəcəyini həyəcan hissi ilə gözləyir və buna görə də onlara qarşı münasibətdə baş verən hər hansı bir dəyişiklik (yaxşı və ya pis) belə şəxslərin qeyri-adi nəticələr çıxarmasına səbəb olur. Bu zaman ərin (və ya arvadın) adi qaydadan artıq diqqəti, hətta mehribançılığı da şübhə əmələ gətirir.


qısqanclığın yaranmasının iki növü ən çox müşahidə olunur. Bunlardan birincisi özündə qeyri-sadiqlik, ailəyə. xəyanət nəticəsində yaranan qısqanclıqdır. Özündə yaranan xəyanət meylinin olması hissini o, mütləq müqabil tərəfə də aid edir. Ona elə gəlir ki, bu xəyanət hissi arvadında da (ərində də) yaranıb və imkan olduqda o xəyanət edəcək (və ya artıq edib). Belə qısqanclıq itib yox olmuş sevginin və yaxud onun əvvəlcədən də olmaması nəticəsində yaranır, çünki ər-arvad arasında sevgi varsa başqaları haqqında danışmaq və ya fikirləşmək həqiqətə uyğun gəlməz.

İkincisi aşılanmış qısqanclıqdır; bu, həyati təcrübədən yaranır. Öz valideynlərinin, dostlarının, tanışlarının ailəyə xəyanəti, ər-arvadın sadiq olmaması haqqında söhbətlər, bu haqda kinofilmlər, kitablar bəzi şəxslərdə “xəyanətsiz yaşamaq olmaz” təsəvvürü yarada bilər. Aşılanmış qısqanclığın səbəbi çox vaxt ailəyə qeyri-sadiqlik haqqında danışılan lətifələr, bu haqda göstərilən faktiki hadisələr də ola bilər. İlk nəzərdə bütün bu deyilənlər sinir sistemi, psixikası normal olan şəxslərə heç bir təsir göstərməsə də ziyansız keçmir. Qısqanc şəxsin qəlbində qat-qat yığılan şübhələr, fikirlər müəyyən bir 1 hadisənin təsirindən alovlanaraq ailənin dağılmasına gətirib çıxarır. Qısqanclığın qeyd olunan bu növlərinə həyatı təmiz, yalnız bir şəkildə, demək olar ki, təsadüf olunmur, qeyd olunan formalar yalnız mütəxəssislərin elmi axtarışlarına əsasən formalaşdırılır. Həyatda bu məsələ daha mürəkkəb daha qarışıq şəkildə olur. Qısqanclıq hissləri meydana çıxdıqda müəyyən bir nəticəyə gəlmək üçün gənc ər-arvad tələsməməli, öz xasiyyətlərini düzgün qiymətləndirməli, müxtəlif dedi-qodulara, böhtanlara inanmamalı, başqalarının səhvlərinə baxıb, özləri də səhvə yol verməməlidirlər.

Qısqanclıqdan irəli gələn konfliktlər əksər ər-arvadın seksual əlaqələrinə toxunduğundan daha pis və əzabvericidir. Yuxanda kişinin seksual qabiliyyətinə neqativ qiymət verilməyinin hətta impotentlik əmələ gətirə biləcəyi haqda danışılmışdır. Cinsi həyat psixogigiyenası ilə məşğul olan professor S. S. Libix göstərir ki, əgər həqiqətən olan və ya uydurulan təqsirlər üçün bütün günahlar unudularsa da, seksual məsələ ilə əlaqədar olanlar heç bir vaxt unudulmur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Cinsel Bilgiler
loading...