Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm hüququndan qeyri
Ölüm hüququndan qeyri

Ölülər sağ, sağ ölü,
Bu nə cürə zəmanədir...
Fitrətində yerin, göyün,
Pozulubdur müvazinət...
Dünənimiz sabahsızdır,
Bu günmüz binəsibdir.
Müqəssirlər günahsızdır,
Günahsızlar müqəssirdir.
Heyif, qalanlara, heyif
Ey yatanlar, ayıq olun,
Bir ləkəsiz bəşər deyin,
Heykəlini qoyaq onun...
Hamı laqeyd, biganədir,
Bu nə cürə zəmanədir...Natəmizlər salıb şərə,
Təmizləri süpürdülər,
Ölüləri dirildirlər,
Diriləri öldürürlər.
Xilasımız ağlamaqdır,
Himnimiz də mərsiyədir...
Bütün işlər baş-ayaqdır,
Bütün sözlər tərsinədir...
Biz hürriyyət deyə-deyə,
Qayıdırıq köləliyə...
Biz gələck deyə-deyə,
Keçmiş çıxır irəliyə.
Dərd əlindən dağa cumub,
Nə qədər bəlalı qaçır.
Əyrilər qabağa cumur,
Düzlər dalı-dalı qaçır...
Bütün üzlər olub astar,
Bəylik, xanlıq, qoçuluqdur...
Mənəviyyat dünyamızda,
Kasıblıqdır, yolçuluqdur...
Dağılıbdır bütün sədlər.
Qalanıb dərdlər üst-üstə...
Fəlakət də, müsibət də,
Bir-biriylə bəhsə-bəhsdə...
Qeyrəti, namusu atıb,
Qarabağı verdik yada...
Kişilərə ləçək, yaylıq,
Papaq verin arvadlara...
Tüpürüblər məhəbbətə,
İndi hamı pul axtarır...
Qızlar düşüb məzənnədən,
Bəylər varlı dul axtarır...
Dovşanı qaç, ovçuya vur,
Tazıya hür öyrədirlər...
Dilləri dilsiz qoyur,
Lallara dil öyrədirlər...
Düz danışan yazarları,
Ehtiyacla şərlədilər.
Bala-bala azarladıb,
Bala-bala çərlətdilər...
Millətin qırılıb beli,
Millət quruca söz olub.
Ölmək hüququndan qeyri,Bütün hüquqlar pozulub...


Tarix: 03.06.2015 / 14:15 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Cabir Novruz
loading...