Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yola salın aya məni
Yola salın aya məni

Mehriban anam gətirdi,
Bir gün bu dünyaya məni.
Bu sırtıq, qorxunc, məkrli,
Bu miskin dünyaya məni.

Şerlə açıldı dilim,
Şairlik dərd, əzab, zülm.
Nə üçün saldın, de görüm,
Tanrım, bu bəlaya məni.

Qələmimlə mən biçarə,
Çox sədləri yara-yara,
Girdim bu qara bazara,
Aldılar araya məni.

Gördüm, bura palçıq, çamır,
Saymayır adam adamı.
Şan-şöhrət acıdır hamı,
Sarsıtdı bu "qayə" məni.

Ocaq çatdım, köz elədim,
Vardan-yoxdan söz elədim.
Çox şeydən pəhriz elədim,
Sıxdı abır-həya məni.

Yazıqlar olsun, yazıqlar,
İlhamsızlar, ziyasızlar,
Abırsızlar, həyasızlar,
Almadımı saya məni.

Yerdə gördüklərim yetər,
Şirini acıdan betər.
Qoyun uçağa, raketə,
Yola salın aya məni.


Tarix: 03.06.2015 / 14:13 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Cabir Novruz
loading...