Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyişdim mən, qəribəliyi yoldaş seçdim....

Qarişib səslər bir-birinə.. Bir tərəfdə dualar, bir tərəfdə fəryadlar... Dəli oluram deyəsən...
Həvəs, tamahkarliq, narahatliq və qürur...
Əzab verir ruhuma... Hədələyir məni həyatin incə çalarlari... Geridə qoyub getdiklərim, tutqunlaşmağa cəhd edir...

Və anlayiram ki, arzularim uzaqda qalan keçici hiss imiş....
Dəyişdim mən, qəribəliyi yoldaş seçdim.. Getdim mən, oynamaq üçün oyundan getdim...
Və dayanmişam səhnədə...
Sağ tərəfdə xatirələr...
Sol tərəfdə arzular...
Qarşimda tək tamaşaçi,
O da sənsən...
Yaman səssiz-səmirsizsən...
Sanki ilk dəfədi görürsən məni...
Yoxsa xəyanətin sənidə acitdi, yoxsa atdiğin oğlanami yaziğin gəldi???
Susma...Cavab ver..Suallarima cavab ver..Susmağa haqqin yoxdu...
Sən mənim olmadin...
Bunu sən istəmədin...
Sənə bir-iki kəlimə sözüm var:Sən məndən ayrilsanda, başqasinin olsanda həmişə üzün gülsün, Mənim kimi qəribəliyə düçar olma...

Amma sənə həyatda heç vaxt xoşbəxtlik arzu etməyəcəm...Çünki sən buna layiq deyilsən...


Tarix: 03.12.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Burcler haqqinda çox şey
loading...