Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valefor

Valefor 2008-ci ildə İzmir, Türkiyədə qurulmuş depressive black metal, suicidal black metal, zaman-zaman ritual dark ambient tərzdə fəaliyyət göstərən musiqi proyektidir. "Valefor" sözü qurucusunun dediyinə görə qaranlığı simvolizə edir. Bütün alətlər və vokalda ifa Sargathusa məxsusdur. Sargathus, qədim zamanlarda atəşə ibadət edən qövmlərin öz canlarını almağa gəldiklərinə inandıqları bir növ iblis adıdır. Ümumilikdə, depressiv, qaranlıq, intihar, bədbinlik, ümidsizlik kimi mövzular üzərində işləyir. Sözlərə yer verilmir, ara-sıra qışqırıqlar, ağlayış depressiv auranın daha qabarıq ifadə olunmasına imkan verir. Qrup Bethlehem, Xasthur kimi qruplardan təsirlənib. Məhz ona görədir ki, Sargathus Malefic(Xasthur) kimi konsert verməyəcəyini və fəaliyyətdə olduğu müddətcə üzv sayının 1 nəfər olaraq qalacağını bildirir.



DiskoqrafiyaAdıTarixi
Screams of Suicide2010
Passages from the Dark Side2010
After the Sad Hours2011
The Wound That Never Heals2011
Manifest of Humanity Decay2012
Hidden in the Arms Of Death2012


Tarix: 28.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...