Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sergey Raxmaninov

Sergey Vasilyeviç Raxmaninov (1873-1943) —Məşhur rus bəstəkarı, pianoçu.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov (1873-1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.

Raxmaninovu çox vaxt «gecikmiş romantik» adlandırırlar. Doğrudan da, müasir musiqinin ən radikal yeniləşmə meyllərindən tamamilə uzaq olan bəstəkar əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə istinad edir. Raxmaninov musiqisinin həyəcanlı, səmimi xarakteri də onun romantik əhval-ruhiyyəsindən doğur. Raxmaninov dünya musiqisinin ən gözəl lirik bəstəkarlarındandır. Yaratdığı işıqlı, nikbin və ya çılğın, dramatik, hətta faciəvi obrazlar insan qəlbinin ən incə tellərinə toxunur. Raxmaninov rus təbiətinin, rus tarixinin gözəl tərənnümçüsüdür. Eyni zamanda, onun əsərlərində Şərq obrazları da geniş yer tutur.
[color=#fe5e5e][/color]


Tarix: 28.01.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...