Tağı Oşenyüzən — Azərbaycanlı bəstəkar
Çox kasıb olan bəstəkar ölənə qədər yoxsulluq içində yaşayıb. Bu yoxsulluğa dözməyib və sonda intihar edib. Ölümündən sonra onun evindən həmin 500 lirəlik çek tapılıb. Məlum olub ki, o qədər yoxsulluğa, səfalətə baxmayaraq, bəstəkar çeki pula çevirməyib – çekdə məhz Atatürkün imzası olduğu üçün. 6 oktyabr 1924-cü ildə Mustafa Kamal Atatürk Qars şəhərinə səfər edir. Mustafa Kamal dəmiryol vağzalında mahnılar və folklor oyunları ilə qarşılanır.
Hoş gəlişlər ola Mustafa Kamal Paşa
Əsgərin, millətin, bayrağınla çox yaşa
Cəbhədə süngülər ayna kimi parlayır
Azəri Türkləri bayraq açmış bəkləyir
Parlayan ulduzun aləmi tenvir edər (işıqlandırar)
Cümhuriyyət bayrağın səmalar içrə üzər
Bu mahnının bəstəkarı azərbaycanlı Tağı Oşenyüzəndir. Həmin vaxt Atatürk bəstəkarı bu şərqiyə görə mükafatlandırır və ona 500 lirəlik çek yazır.
Tarix: 28.01.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Bəstəkarlar Və Müğənnilər