Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lordi

Lordi – fin-rok qrupu.Mündəricat
1 Üzvlər
2 Albomlar
3 Tarixi
4 Mənbə
5 Xarici keçidlər


Üzvlər
Mr. Lordi (Tomi Putaansuu)
Amen (Jussi Sydänmaa)
Ox (Samer el Nahhal)
Awa (Leena Peisa)

Albomlar
Get Heavy (2002)
The Monsterican Dream (2004)
The Arockalypse (2006)
Deadache (2008)
Babez For Breakfast (2010)

Tarixi

1996-cı ildə Tomi Putaansuu (mister Lordi ) tərəfindən yaradılan qrup qorxulu maskalarda və şeytanabənzər geyimlərdə çıxışı və triller barədə ironic mahnıları ilə tanınır. Qrupda mister Lordidən savayı, Amen, Ox, Ava və Kita-da ifa edirlər. Qrupun ilk "Get Heavy" adlı albomu 2002-ci ildə Hellouin gecəsi günü işıq üzü görmüşdür. Alboma daxil edilən "Devil is a loser" (Şeytan yaramazdır" ) adlı mahnı qrupun ilk hitinə çevrilmişdir. Qrupun ilk mahnıları vampirlərə, ruhlara və qulyabanılara həsr olunmuşdur. Lordinin "Hard rock Hallelujah" mahnısı ilə 2006-cı ildə Finlandiyanın seçim turlarında qələbə qazanması qalmaqala səbəb oldu. Belə ki, bir çoxları qrupu satanizm təriqətinə sitayiş etməkdə günahlandırdılar. Həmçinin, bahalı pirotexnikanın müsabiqənin keçirildiyi Afinaya daşınması zamanı da Lordi maliyyə çətinlikləri ilə üzləşdi. Sponsorların köməyilə, bu məsələ də həll edildi. Lordinin əziyyəti hədər getmədi və onlar 292 bal toplayıb, Dima Bilanı arxada qoyaraq 2006 Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldular. 2006 Avroviziya Mahnı Müsabiqəsindəki qələbədən sonar tanınmağa başladı. Bundan sonar buraxdıqları Apocalypse adlı albom Finlandiya, İsveç və Yunanıstanda böyük populyarlıq qazandı.


Tarix: 26.01.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...