Tupak Amaru Şakur (16 iyun, 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını həsr etdi.Mündəricat
1 Həyatı
2 Ölümü
2.1 Studio albomları
2.2 Ölümündən sonra çıxan albomlar
2.3 Digər albomları
3 Tupak Şakurun iştirak etdiyi filmlər
4 Xarici keçidlər
Həyatı
Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak Tupak Amaru şərəfinə adlandırılmışdı. 1988 ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debyut solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi. 1993 ildə Şakur narkotiklərin istifadə etməsinə görə həbs edilmişdir. 1995-ci ildə Nyu-Yorkda Tupaka beş dəfə atəş açdılar, bununla əlaqədar Notorious B.I.G. və Şon "Paffi" Kombs təqsirləndirilmişdir.
Həbsxanada seks qalmaqalına görə cəza çəkən Tupak Qremmi mükafatına layiq görülmüş "Me Against the World" albomu buraxdı. Suge Knight tərəfindən ödəndiyi 1 milyon dollar məbləğindən sonra Tupak azad edilmişdir. Knight-ın Death Row Records leyblinə qoşulmuş Tupak "All Eyez on Me" albomu buraxdı. Albomda daha bir hit, "California Love" var.
Ölümü
1996-cı ildə Mayk Taysonun Las-Veqasdakı çıxışından qaytaran Tupak güllələndirmişdir, Suge Knight isə yaralanmışdı. İntensiv terapiyaya qoyulmuş Tupak altı gündən sonra vəfat etmişdir. Şakurun sonuncu videosu, "I Aint Mad at Cha" onun ölümündən yalnız bir neçə gün qabaq meydana gəldi. Digər ulduzlar kimi onun da əslində ölmədiyi və medianın diqqətindən qaçmaq və tez bir yolla varlanmaq məqsədi ilə ölümünü saxtalaşdırdığını iddia edənlər var. Başqalarından fərqli olaraq Tupak üçün bunu deməyə əsas daha çoxdur, belə ki, onun ölümü ətrafında olan sirlər barmaqla sayılası deyil. Ölümündən əvvəl bir neçə mahnısında tezliklə öləcəyi haqqında xəbərdarlıq edən Tupakın, ölümündən sonra 10 alboma yetəcək qədər musiqi materialı üzə çıxmışdı. 25 yaşında ölən Tupak ömrünün bir ilini həbsxanada keçirmişdi.
Studio albomlarıİlAlbomSatış dərəcəsi
19912Pacalypse Now
Qızıl (ABŞ)
1993Strictly 4 My N.I.G.G.A.Z.
Platin (ABŞ)
1995Me Against The World
2x Platin (ABŞ)
1996All Eyez On Me
9x Platin (ABŞ)
1996The Don Killuminati: The 7 Day Theory
4x Platin (ABŞ)
Ölümündən sonra çıxan albomlarİlAlbomSatış dərəcəsi
1997R U Still Down? (Remember Me)
4x Platin (ABŞ)
1999Still I Rise
Platin (ABŞ)
2001Until The End Of Time
3x Platin (ABŞ)
2002Better Dayz
2x Platin (ABŞ)
2004Loyal To The Game
Platin (ABD)
2006Pac's Life
Digər albomlarıİlAlbomSatış dərəcəsi
1994Thug Life: Vol.1
Qızıl (ABŞ)
1998Greatest Hits
9x Platin (ABŞ)
2003The Prophet: The Best Of The Works
2003Tupac: Resurrection (Original Soundtrack)
Platin (ABŞ)
20042Pac Live
2007Beginnings: The Lost Tapes 1988-1991
2007Best of 2Pac Part 1: Thug
2007Best of 2Pac Part 2: Life
Tupak Şakurun iştirak etdiyi filmlərİlAdıRoluQeyd
1991Nothing But TroubleTupak Şakur(epizodik rol)
1992JuiceBishopilk rolu
1993Poetic JusticeLuckyCanet Cekson ilə birlikdə filmdə çəkilmişdir.
1994Above the RimBirdieMarlon Vayns ilə birlikdə filmdə çəkilmişdir.
1996BulletTankÖlümündən bir neçə ay əvvəl filmdə çəkilmişdir. Filimin təqdimatı Tupakın ölüm səbəbindən 1 aylıq təxirə salınmışdır.
1997Gridlock'dEzekiel 'Spoon' Whitmore
1997Gang RelatedDetective Rodriguezİştirak etdiyi sonuncu film
2003Tupac: ResurrectionTupak ŞakurRəsmi sənədli film
2008Live 2 Tell(Senarist)2010-cu ildə çəkilmişdir.
Tarix: 28.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 459 Bölmə: Bəstəkarlar Və Müğənnilər