Mənsum İbrahimov - xanənədə, aktyor, kino məsləhətçisi, Əməkdar Artist (1998), Xalq Artisti (2005)
Həyatı
Mənsum İbrahimov 1960-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.
1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır.
1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülən M.İbrahimov mərhum sənətkarımız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub.
1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa edir.
Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoyan Mənsum İbrahimov hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı istedadlı muğam ustasının böyük pəşəkarlıqla yaratdığı obrazlardır.
Opera səhnəsindəki fəaliyyəti ilə bərabər Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnıları və muğamlarımızın gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan muğam sənətini dünyanın yaxın və uzaq ölkələrində İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Yunan Kipri, ABŞ, Kanada ləyaqətlə təmsil edir.
Mənsum İbrahimov həm də pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Milli Konservatoriyası və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Onun yetirmələri artıq respublika müsabiqələrində uğurla çıxış edirlər.
1998-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Muğam (veriliş, 2007)
Tarix: 21.01.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Bəstəkarlar Və Müğənnilər