Şahin Növrəsli - Azərbaycan cazmeni.
Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Konsertləri
4 Mənbə
Həyatı
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub.
Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir. Daha bir proyekt isə caz solo proyekt və klassik solo proyekt "Clajamu"-dur. (Proqram Mosart və Bax kimi klassik bəstəkarların əsərləri əsasında tərtib olunmuşdur.)
Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.
Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.
Fəaliyyəti
Şahin Növrəslini dünya cazının yeni ulduzu adlandırırlar... Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən başa düşmüşdür ki, özünün ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir biliciləri və professionalları heyrətə salmışdır. Rusiyanın paytaxtındakı çıxışı ərəfəsində Moskva cazmenləri onu bu cür təntənəli epitetlərlə qiymətləndirmişdilər: "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı","Dünya caz səhnəsinin yeni ulduzu". Artıq müasir dövrdə Şahini Azərbaycan cazının vizit kartı adlandırmaq olar. Ona Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintez etmək müyəssər olmuşdur. O, öz musiqisində iki böyük mədəniyyəti – Qərb və Şərq mədəniyyətini birləşdirə bilmişdir.
Eqzotik melodiyalarin sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq şərq ritmləri, və elə oradaca döngədə super sürətli qaynar amerikan cazı – bu Şahin Növrəslinin musiqisidir.
Konsertləri
2003-cü il 28 Oktyabr - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan 5 Noyabr - Briksendə 'Gruppe Dekadenz da', İtaliya
2004-cü il 8 Aprel - Caspian Jazz & Blues Festivalında, Bakı, Azərbaycan 19 İyun - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan 24 İyun - Hot Summer Jazz Festivalında, Mineapolis, ABŞ, 23 Sentyabr - Black Sea Jazz Festivalında, Soçi, Rusiya 20-23 Oktyabr – EMCdə illik tədbir «Musiqidə improvizasiya», Haaqa, Hollandiya 28 Noyabr - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan
2005-ci il 16 Fevral - Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, İstanbul, Türkiyə 19 Fevral – Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, Musiqi Evi, Moskva, Rusiya 5-11 Aprel - Baku International Jazz Festival, Azərbaycan. Şahin Növrəslinin yeni Triosu Neytn Pekin (baslar) və Ellison Millerin (zərbəli alətlər) iştirakı ilə 20, 21 May - Keni Uilerlə konsertlər 24 İyun - Hot Summer Jazz Festivalında, Mineapolis, ABŞ 23 Oktyabr - International Antalya Piano Festivalında, Türkiyə. Şahin Növrəslinin yeni Triosu Neytn Pekin (baslar) və Ellison Millerin (zərbəli alətlər) iştirakı ilə
2006-cı il 19-27 İyun - Baku International Jazz Festival, Azərbaycan. Natan Pek, Met Zebroski və Cef Ledererin iştirakı ilə 15 Sentyabr - East-West Jazz Festivalı, Di, Fransa. Pianoda solo çıxış 20 Sentyabr - Ermitaj studiyasının zalinda konsert, Paris, Fransa. Pianoda solo çıxış
2007-ci il 06 İyun - Bakı Musiqi Akademiyasının zalında solo konsert 07-14 İyun - Baku International Jazz Festival, Azərbaycan. Natan Pek, Arslan Növrəsli, Nurlan Növrəsli və Aleksandr Maşının iştirakı ilə 16-19 İyul - Montreux Jazz festivalın çərçivəsində kecirilən caz pianoçuların müsabiqəsi, İsveçrə 27 Sentyabr - Yubiley konserti. Alim Qasımov və Şahin Növrəsli 50/30, "Yaşıl Teatr", Bakı, Azərbaycan 16 Dekabr - Solo konsert. Praqa, Çex Respublikası
2008-ci il 9-12 Yanvar - IAJE Konferensiyası, Toronto, Kanada
Tarix: 22.01.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 454 Bölmə: Bəstəkarlar Və Müğənnilər