Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səid Rüstəmov

Səid Əli oğlu Rüstəmov (12 may 1907, İrəvan — 10 iyun 1983, Bakı) — bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1957). Bakı Musiqi Məktəbinin tar sinfini bitirmişdir.

Üzeyir Hacıbəyov və M.Mənsurovdan dərs almışdır. Yaradıcılığında muğam formalarından, aşiq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaratmışdır. "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935 - 1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.Mündəricat
1 Həyatı
2 Yaradıcılıq fəaliyyəti
3 Əsərləri
4 Filmoqrafiya
5 Mənbə
6 Həmçinin bax


Həyatı

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.

Hələ uşaq ikən atasını itirməsinə baxmayaraq oxumaq, öyrənmək həvəsi günbəgün artırdı. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpırmış.

1918-ci ildə İrəvanda baş verən erməni quduzluğu zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada erməniləri Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşmışlar.

Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı.

Professor Elmira Abbasova: "Tezliklə Rütəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyədə həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ildə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəyovun yanına aparır. O da Səidin taleyini həll edir. S. Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə daxil qəbul olunur."

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminarıyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır.

1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkalardan-sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki,o, pedaqoji fəaliyyətə ümumtəhsilinn əsaslarını öyrədən məktəbdə başlayıb.

Yaradıcılıq fəaliyyəti

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanımasına zəmin yaratmışdır.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət mahnı və rəqs ansamblının (1951) rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanın pedaqoq kimi nəzərə çarpmışdır. O tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinədə xüsusi diqqət yetirmişdir.

S. Rüstəmovun pedoqoji fəaliyyəyinin mühüm bir dövrü Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Kanservatoriyası ilə bağlı olmuşdur. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutmuşdur. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S. Rüstəmovun seçiciləri ilə keçirdiyi görüşlərin birində dediyi bu sözlər indi də el məhəbbəti ilə xatırlanır: "Hər bir bəstəkar kimi mən də xalq üçün yaşamaq və yaratmaq, bütün qüvvə, bilik və istedadımı xalqa vermək istəyirəm, çünki bu ən böyük səadətdir" S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. S. Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparmışdır. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümümdünya və Ümümittifaq festivallarında münsiflər heyyətinin sədri və üzvü olmuşdur.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.

Əsərləri
"Uşaq və buz"
"Keçi"
"Saat"
"Gəlin baxçamıza"
"Usta olacaq"
"Quzum"
"Ana məktəb"
"Marş" (duet)
"Gün çıxdı" (duet)
"Kəndimiz"
"Yaşa Azərbaycan"
"Dörd pyes"
"Sözsüz mahnı"
"Səhər nəğməsi"
"Qaytağı"
"Sərhədçilər marşı"
"Azərbaycan melodiyası"
"Dəstə rəhbəri"
"Getmə"
"Düşərgəmiz"

Orta-ixtisas musiqi məktəblərində tədris olunan əsərləri
"Gül bağçalar"
"Maralım gəl"
"Hardasan"
"Gəlmədi"
"Getmə-getmə"
"Mən sülhə səs verirəm"
"Qurban adına"
"Bağçamıza gəldi bahar"
"Həkim qız"
"Şadlıq rəqsi" (qanun, kamança)
"Azərbaycan süitası" (tar, kamança)

Ali musiqi təhsili müəsissələrində yədris olunan əsərləri
"Bayatı-kürd fantaziyası"
"Oxu, tar"
"İntizar"
"Kolxozçular marşı"
"Ay qız"
"Maralım gəl"
"Gəlmədi"
"Sənindir"
"Oxu, gözəl"
"Tar, kanamça və qanun üçün melodik etüdlər"
"Ala göz"
"Azərbaycan"
"Səhər mahnısı"
"Sumqayıt"
"Mən sülhə səs verirəm"
"Bağçamıza gəldi bahar"
"Qurban adına"
"Süita №3"
"Ay özün sözün"

Filmoqrafiya
Pərvanələrin rəqsi (serial, 2012)


Tarix: 28.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 569 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...