Kərəm Əkbərov - azərbaycanlı bəstəkar.
Həyatı
Kərəm Əkbərov 1988-ci il iyun ayının 25-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.2006-ci ildə Bül-bül adina orta ixtisas musiqi mektəbini bitirmiş və eyni ildə Üzeyir hacibəyov adina musiqi akademiyasina,görkəmli bəstəkar Arif Məlokovun sinifinə daxil olmuşdur.K.Əkbərov 2010 cu ildə bəstəkarliq sinifini "Azərbaycan" simfonik poema fantaziya əsəri ile bitirmişdir.Hal hazirda tehsilini magistratura bölməsində davam etdirir.Və eyni zamanda Musiqi akademiyasinin tərkibində olan Məktəb studiyada pedagoji faliyyətlə məşquldur.
Yaradıcılığı
Bəstəkar piano üçün 6 prelüdü, violono və piano üçün suitası, piano üçün sonatası, simfonik orkestr üçün suitası, simfonik poema "Azərbaycan", böyük rus bəstəkarı Dmitri Şostakoviçə həsr olunmuş simli kvarteti və bir çox əsərlərin müəllifidir.
Bəstəkarın əsərləri Azərbaycanda və xarici ölkələrdə dəfələrlə ifa olunmuşdur. Azərbaycanın xalq artistləri professor Rauf Abdullayev, Teymur Göyçayev Kərəm Əkbərovun əsərlərini ifa etmişlər. 2011-ci ildə Kanadanın Niaqara şəhərində Azərbaycan mədəniyyəti günlərində bəstəkarın "Kamera orkestri üçün suita"sı müvəffəqiyyətlə ifa olunmuşdur. Bəstəkar 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatına" layiq görülmüşdür.
Tarix: 26.01.2013 / 13:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Bəstəkarlar Və Müğənnilər