Rammstein Almaniyanın və dünyanın ən məşhur və qalmaqallı rok qruplarından biridir. Qrupun adının Almaniyanın Ramştayn hərbi hava bazasında 28 avqust 1988-ci ildə baş verən avia faciə ilə bağlı olduğu zənn edilir. Qrupun bütün üzvlər keçmiş ADR-dəndir.Mündəricat
1 Heyəti
2 Buraxdıqları studiya albomları
3 Konsert albomları
4 Xarici keçidlər
Heyəti
Vokal – Till Lindeman (Till Lindemann, "First Arsch" qrupunun eks-drammeri)
Klavişlər – Kristian "Flake" Lorents (Christian "Flake" Lorenz, eks "Feeling B")
Solo gitara – Rixard Kruspe (Richard Kruspe, eks "Das Elegante Chaos", "Orgasm Death Gimmick", "Die Firma", "First Arsch")
Ritm gitara – Paul Landers (Paul Landers, eks "Feeling B", "Die Firma", "First Arsch")
Bass gitara – Oliver Ridel (Oliver Riedel, eks "The Inchtabokatables")
Zərb – Kristof "Dum" Şnayder (Christoph "Doom" Schneider, eks "Die Firma", "Feeling B")
Qrupun yaranmasında solo gitarist Rixard Kruspenin böyük rolu olmuşdur. 1993-cü ildə o, öz yaxın dostu olan Till Lindemanı vokalist kimi sınaqdan keçirmək istəyir. Müxtəlif ağır rok sədaları altında o, Tillin səsinin necə çıxacağını bilmək istəyirdi. Vaxtilə üzgüçülük üzrə Avropanın gümüş medalçısının səsi bu növ musiqi üçün yarayırdı. O zamanlar Kristof Şnayder zərblərdə, Oliver Ridel isə bas-gitarada ifa edirdi. Onların ilk yazdırdıqları mahnı elə də yaxşı alınmadı. Amma bu amil, onların Berlində keçirilən "Metrobit" yarışmasında iştirak etmələrinə mane olmadı. Bu yarışmada qrup qələbə qazandı. Paul Landers və Kristian Lorentsin nə vaxt və necə Till Lindemanla tanış olduğu bilinmir. İlk öncə qrupa Paul Landers qoşuldu. Keçmiş qruplarda solo-gitarada olan Landers yeni qrupda da özünü bu rolda görmək istəyirdi. Buna görə bəzən Rixard Kruspe ilə aralarında problemlər yaşanmışdı. Sonra isə Paul Landers öz dostu Flake Lorentsi qrupa gətirdi. Bütün qrup üzvləri yığıldıqdan sonra, qrupa ad fikirləşmək problemi ortaya çıxdı. Qrupa Rammştayn adını seçmək qərara alındı. Bu söz iki alman sözü olan Ramm və Stein sözlərinin birləşməsindən alınırdı. Bu adı Rolling Stones adına müəyyən qədər oxşadanlar var, çünki Stein alman dilindən tərcümədə daş mənasını verir. Qrup üzvləri sonradan belə bir şəhər olduğunu və bu şəhərdə 1988-ci ildə qırıcı təyyarələrin hava nümayişi zamanı faciə baş verdiyini öyrənmişdilər.
Buraxdıqları studiya albomları
Herzeleid (1995)
Sehnsucht (1997)
Mutter (2001)
Reise, reise (2004)
Rosenrot (2005)
Liebe Ist Für Alle Da (2009)
Konsert albomları
Live aus Berlin – 1999
Völkerball – 2006
Tarix: 27.01.2013 / 15:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Bəstəkarlar Və Müğənnilər