Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Bəylər Qədirov

Aşıq Bəylər Qədirov(tam adı:Bəylər Hacırəşid oğlu Qədirov) - aşıq

Həyatı

Aşıq Bəylər Qədirov 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndinda doğulub.

Bəylər Qədirov uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərib. Və yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirib. Aşıqlıq sənətinin sirlərini isə Aşıq Bəylər, atasının yaxın dostu Şamaxının Cəyirli kəndindən olan aşıq Abbas Söhbətdən öyrənib.

1937-cü ildən aşıqlığa başlayıb. 1937-ci ildə 23 yaşında rayonda və digər yaxın bölgələrdə artıq Aşıq Bəylər kimi tanınır el şənliklərində yaxından iştirak edirdi.

Yarım əsrdən çox telli sazı ilə xalqa xidmət edən Aşıq Bəylər “Peyvənd şıkəstə”, ”Kərəmi”nin, ”Peşronun” əvəz olunmaz ifaçısı olub. Hətta, o vaxtlar Aşıq Bəylər aşıq sənətinin “bülbülü“adlandırılırdı.

Qiymətli gözəlləmələr, ustadnamələr, dastanlar müəllifi və ifaçisi Aşıq Bəylər Rza Məmmədovun, Mirzəlinin, Agababa Bədəlovun, Aslan İsmayılovun, oglu İxtiyar Qədirovun və onlarla başqalarinin ustadı və müəllimi olub. O, təkcə Şirvan-Muğan məktəbi ilə yox, eyni zamanda Gəncə-Tovuz və Göycə-Borcalı məktəblərinə məxsus olan klassik aşıq havalarını özünəməxsus ustaliqla ifa edib.

Onun ifa etdiyi bir çox musiqi nömrələri və aşıq mahnıları Azərbaycan raydiosunun qızıl fondunda saxlanılır. Bu musiqilər bu gündə sevə-sevə dinlənilir. Belə musiqilərdən biri də müəllifi olduğu “Kəndimiz” aşıq mahnısı indi də sevilir və mütəmadi olaraq televiziya verilişlərində, konsert salonlarında, toy məclislərində ifa edilir.

Görkəmli sənətkar Aşıq Bəylər 1991-ci ilin iyun ayında Salyan rayonunda vəfat edib.


Tarix: 23.01.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...