Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulam İsgəndərov

Qulam Kazım oğlu İsgəndərov - SSRİ Dövlət Mükafatı, SSRİ Əməkdar Artisti

HəyatıBu məqaləni vikiləşdirmək lazımdır


Qulam Kazım oğlu İsgəndərov 10 sentyabr 1901-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur.Onun atası Məşədi Kazım bütün Şirvanda tanınmış xanəndə idi. O, keçən əsrin əvvələrində Bakıda verilən Şərq konsertlərində (1902)-də iştirak etmişdir.1902 -ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Məşədi Kazım ailəsini götürüb Bakıya köçür.O,uzun ömür sürməyib.1914-cü ildə dünyasını dəyişmişdir. Qulam İsgəndərov 1920 -ci ilə qədər dayısı Məhəmmədin himayəsində yaşayib. Məhəmməd kişinin Sabunçuda Sallaqxanası varmış. Qulam da orada dayısına kömək eləyirmiş.

1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulanda Məhəmməd kişini də tuturlar,onun iki oğlunun taleyi sonralar naməlum qalır. Qulam İsgəndərovun oğlu Abdulla müəllimin söylədiyinə görə ,atasını Opera teatrına bəstəkar Müslüm Maqomayev Gətirib.Beləliklə ,Qulam İsgəndərov 10 dekabr 1930-cu ildə AOBT-nin solisti olmuşdur. "Arşın mal alan"-da Vəli ,"O olmasın, bu olsun" - da Hambal rollarında çıxışlar etmişdir. O, " Koroğlu" operasının ilk tamaşasından başlayaraq, uzun illər Təlxək rolunun əvəzsiz ifaçısı olmuşdur. " Sevil" -də (F.Əmirov) Balakişi,"Durna" operettasında Dursun," Şah İsmayıl"da Şah , Rəmmal, "Şahsənəm" də Aşıq Həsən, "Əsli ve Kərəm"də Şah, "Leyli vı Məcnun" operasında isə İbn Səlam və Məcnunun atası rollarinda çıxış etmişdir.Sənətkarın oglu Abdullanın söylədiyinə görə, atası gənc yaşlarında bir neçə dəfə Məcnun rolunda da oynayib. Qulam İsgəndərov Məcnunun atası rolunda opera teatrının bir çox görkəmli sənətkarları ilə tərəf müqabil olmuşdur.O, bu rolda xüsusi məharət sahibiymiş. Onun bu roldakı ifasi Dövlət Səsyazma Arxivində, "Leyli və Məcnun" operasının 1957-ci ildə yazılmış radiomontajında,qrammofon vallarında hifz olunur.O həmçinin 1957 və 1959 -cu illərdə Moskvada keçirilən Ədəbiyyat və İncəsənət Ongünlüklərində iştirak etmişdir. Oğlu Kamal İsgəndərov AOBT- da uzun illər aparıcı rejissor və baş rejissor kimi çalışmışdir. Digər oglu Abdulla İsgəndərov 41 il Dövlət Xor Kapellasının solisti olmuşdur. Respublikanin əməktar artisti (1940) Qulam İsgəndərov 1970 -ci ildə təqaüdə çıxmış, 5 aprel 1975 -ci ildə Bakı şəhərində vəfat etmişdir.Qəbri Bakının Kürdəxanı Qəbrindədir.


Tarix: 27.01.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...