Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Nuriddin

Aşıq Nuriddin – aşıq.

Həyatı

İsgəndərov Nuriddin Abid oğlu, 1956-cı il 20 noyabırda qədim Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İlk təhsilini Daşkənd kənd orta məktəbində almış, hərbi xidməti başa vurduqdan sonra təhsilini Moskva Kooperasiya İnstitutunda davam etdirmişdir.

Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Artıq gənc yaşlarından Aşıq Hacı Bayramovla həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak etməyə başlamış, tez bir zamanda elin-obanın rəğbətini qazanmışdır.

Aşıq Hacı ilə birlikdə ifa etdikləri "Aşıq Alı" dastanı hələ 1980-cı illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının "Qızıl fond"unda ölməz sənət əsəri kimi qorunub saxlanır.

Aşıq Nuriddin bu günə qədər də saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaranmasında danılmaz rola malikdir. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olar marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.

Aşıq Nuriddin hal-hazırda Şəmkir rayonunda yaşayır. Evlidir, iki övladı var.
Aşıq Firudinin qardaşıdır.


Tarix: 23.01.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...