Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliövsət Sadıqov

Əliövsət Şirəli oğlu Sadıqov (d.22 dekabr 1906-ö.17 oktyabr 1970) — müğənni.

Həyatı

22 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur.

Əlövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.

Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.

17 oktyabr 1970-ci ildə Bakıda vəfat edən Əlövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.


Tarix: 21.01.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...