Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Freddi Merkyuri

Freddi Merkyuri (ing. Freddie Mercury; əsl adı Fərrux Bulsara, qucarat. ફારોખ બલ્સારા‌; 5 sentyabr 1946 – 24 noyabr 1991) — "Queen" qrupunun vokalisti, pianoçusu və lideri. "Queen" qrupuna dünya şöhrəti gətirən hitlər arasında Killer Queen, Bohemian Rhapsody, Somebody to Love, We Are the Champions, Don't Stop Me Now və Crazy Little Thing Called Love Freddi Merkyuri tərəfindən bəstələnmişdir. 1991-ci ildə QİÇS xəstəliyindən vəfat etmişdir. Gələcəkdə Freddinin Bakıda heykəli ucaldılması planlaşdırılmışdır.Mündəricat
1 Həyatı
1.1 Ölümü
2 Yaradıcılıq fəaliyyəti
2.1 Vokalist
2.2 Bəstəkar
2.3 Pianoçu
2.3.1 Merkurinin işlətdiyi dilli pianolar
3 Qrupları
4 Mirası
5 Xarici keçidlər


Həyatı

Fərrux Bulsara 1946-cı ildə keçmiş Britaniya koloniyası, indiki Tanzaniyanın Zənzibar adasında anadan olmuşdur. Onun valideynləri Bomi və Cer Bulsara Hindistanda yaşayan və parslarından olmuşlar. Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya etmişdilər. Bulsara soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (digər adı – Valsad) şəhərinin adından götürülmüşdür. Merkurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Təhsilinə Bombeydən 500 km uzaqlıqda, Pəncqani şəhərində yerləşən Müqəddəs Pyotr internat məktəbində başlayır. Bu məktəbdə o pianoda ifa etməyi öyrənir və tədricən ilk qrupu olan Hecticsi yaradır. O, öz uşaqlıq illərini Hindistanda nənəsinin və bibisinin yanında keçirmişdir. Sonra o Cathedral və John Connon məktəbinə daxil olmuşdur. Merkuri Zənzibara qayıtmamışdan əvvəl Hindistanda Mazaqondakı Müqəddəs Meri məktəbini bitirməyə də nail olmuşdur. 17 yaşında ailəsi ilə birgə Zənzibarda baş vermiş inqilab səbəbindən İngiltərəyə köçür. İngiltərədə Merkyuri Qərbi Londonda yerləşən Isleworth Polytechnic (indiki West Thames College) adlanan kollecə daxil olur və burada incəsənəti öyrənməyə başlayır. Sonralar o məhz bu kollecdə Kuinin gələcək üzvləri Brian May və Rocer Teylor ilə tanış olur. Onlar sıx dostluq etməyə başlayırlar. Kitab oxumağı sevən Merkuri Cim Hattonun əsərlərinə böyük maraq göstərmişdir.

Ölümü

Onun son video görüntüsü olan "These Are the Days of Our Lives" klipində onun xəstəliyinin həqiqətən də ciddi olduğunu görmək mümkün idi. 22 noyabr 1991-ci ildə o Queenin meneceri Cim Biç (Jim Beach) ilə Kinqstondakı evində görüşərək xəstəliyinin geniş ictimaiyyətə açıqlanmasını müzakirə edir. Ertəsi gün, yəni 23 noyabrda Freddi Merkyuri QİÇS xəstəliyinə yoluxdugunu elan edir. Həmin gün Dünya rok musiqisi, fanatları və yaxınları şoka düşürlər. Bəli, tam 24 saat keçir, ertəsi gün Dünya rok musiqisinin kralı Freddi Merkuri 45 yaşında gözlərini əbədi olaraq yumur. Ölümünün əsl səbəbi isə QİÇS-dən əmələ gəlmiş sətəlcəm (ciyər xəstəliyi) xəstəliyi kimi göstərilir. Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir. Cənazəsi Kensal adına Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer heç kimə məlum deyil. Lakin, bəzi məlumatlara görə Cenevrə gölünə səpilmişdir. Queenin qalan bütün üzvləri The Mercury Phoenix Trust fondu tərəfindən "Freddi Merkyuri Xeyriyyə Konserti" təşkil edirlər. Konsertin məqsədi QİÇSə qarşı mübarizə idi. Ölümündən sonra açıqlanır ki, O, £500,000 (funt – İngilis pulu) baş aşpazına, £500,000 şəxsi köməkçisinə, £100,000 sürücüsünə və £500,000 partnyoru Jim Huttona vəsiət etmişdir. Meri Austin (Mary Austin), adında ən yaxın dostuna isə yaşadığı mülkü bağışlamışdır.

Yaradıcılıq fəaliyyəti


Vokalist

Dünya rok musiqisi, və ümumiyyətlə musiqi tarixində ən yaxşı səslərindən sayılan səsi Queen qrupunun dünya şöhrəti qazanmasında ən əsas faktor rolunu oynamışdır. Freddi Merkyurinin səsi praktiki olaraq dörd oktavanı əhatə etmişdir. Halbuki, o danışanda səsi baritona enirdi amma, oxuyan zaman onun səsi tenordan düşmürdü.

Bəstəkar

Merkuri Queenin Greatest Hits albomundan olan "Seven Seas of Rhye", "Killer Queen", "Bohemian Rhapsody", "Somebody to Love", "Good Old-Fashioned Lover Boy", "We Are the Champions", "Bicycle Race", "Don't Stop Me Now", "Crazy Little Thing Called Love" və "Play the Game" mahnılarının bəstəkarıdır. Merkuri yaradıcılığında bir çox janrlara müraciət etmişdir. Müğəninin bəstələdiyi Bohemian Rhapsody mürrəkkəb quruluşlu mahnısı özundə rok, pop, opera və folklor musiqisi elementlərini mükəmməl şəkildə birləşdirmişdir. Müxtəlif musiqi növ və cərəyanlarına tez-tez müraciət etməsinə baxmayaraq rok-pop musiqisində öz dəsti-xəttinə sadiq qalmışdır.

Freddinin mahnılari optimizm və şənliklə doludur. Dövrün əksər rok qruplarının özünü intihara çağiran mahnılarından fərqli olaraq Freddi mahnıları ilə insanları bu cür addımlar atmaqdan çəkinməyə çağırmışdır. Merkuri oz əsərlərində müxtəlif musiqi stillərini böyük ustalıqla sintez edirdi: operadan ağır rok janrlarına qədər. Bu o dövr üçün tamamilə yeni bir şey idi. Mahnılarının mətnlərində isə klassik ingilis poeziyasından başlayaraq Iran ədəbiyyatı nümunələri və nağılları, eləcədə alman filosoflarının əsərləri də daxil olmaqla geniş bir diapazonda işləyirdi.

Çox güclü fantaziyaya və istedada malik olan Merkuri konsertlərini təkrarolunmaz şoulara çevirə bilirdi. Kliplərində zərdüştlük dininə xas simvolikadan geniş istifadə edirdi.

Pianoçu

1970-ci ildən pianoda ifa etməyə başlayır. O çoxdilli piano, pianino, fortopiano və hammond orqan pianosunda ifa edirdi.

Merkurinin işlətdiyi dilli pianolar

Çoxdilli piano
Baldwin SD10 Concert Grand
Bechstein D Concert Grand
Bechstein S Baby Grand
Bösendorfer Imperial Concert Grand
Kawai RX7 Concert Grand
Steinway D Concert Grand
Steinway S Baby Grand
White Baby Grand (unknown brand)
Yamaha C1 Baby Grand
Yamaha C7 Concert Grand
Yamaha CFIIIS Concert Grand

Pianino
Chappel
Upright (unknown brand)

Elektron pianolar
Roland RD1000
Wurlitzer EP200
Yamaha CP80

Sintezatorlar
EMU Emulator II+
Fairlight CMIIIS
Korg M1
Kurzweil K250
Oberheim OB8
Oberheim OBX
Oberheim OBXA
Roland Jupiter 8
Yamaha DX7

Başqa piano növləri
Hammond Organ
Harpsichord (unknown brand)

Gitara
Ovation 12-String

Kuin (Queen)

Qrupları
Hectics
Queen (Kuin)



Mirası
Onun Montrö, İsveçrədə heykəlini İrena Sedleska qurmuşdur. Freddie Mercury's Montreux Memorial Day (Freddi Merkurinin Montreuxda Xatirə Günü) heykəli hər il Sentyabr ayının 1-i və 2-si 2003-cü ildən xatirə günü kimi qeyd edilir.
2006-cı ildə isə Time Asia jurnalı 60-cı illərin Asiyadan çıxan bu qədər təsirli insanını açıqlamışdır.
Merkurinin We Are the Champions və Bohemian Rhapsody mahnıları ayrı ayrlıqda seçicilərin rəğbətini və səsini qazanan ən yaxşı mahnı siyahısına daxil olmuşdur.


Tarix: 25.01.2013 / 19:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 669 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...