Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brayan Mey

Brayan Harold Mey, (d. 19 İyul 1947, London, İngiltərə) İngilis musiqiçi və gitarist, əfsanəvi Queen Qrupunun gitaristi olaraq dünyaca məşhurluq qazanmışdır. O öz atası ilə yaratdıqları "Red Special" adlı gitaradan istifadə edir, və həmçinin "Now I'm Here", "Tie Your Mother Down", "We Will Rock You", "Who Wants to Live Forever", "Hammer to Fall", "Save Me", "Fat Bottomed Girls", "I Want It All", "Scandal", "The Show Must Go On" (böyük hissəsi) və " Too Much Love Will Kill You" kimi bir çox qrupun hitlərini bəstələmişdir. Merkurinin ölümündən sonra o, solo albomlar və konsert albomları çıxartdı. Aralarında bəzi hitlər olsa da gözlənilən uğuru gətirmədi. Mey həmçinin astrofizikdir və 2007-ci ildə Astrofizik Doktoru adını aldı.

2005-ci ildə musiqidəki tövhələrinə görə Britaniya Orderinə layiq görüldü. Mey başda Rolling Stones olmaqla bir çox jurnal tərəfindən tarixdəki ən yaxşı gitaristlərdən biri kimi göstərilib, ancaq VH1 kanalı onu tarixdəki ən yaxşı gitarist seçmişdi. O əvvəl Smile qrupu ilə başladığı kariyerasını daha sonra Queen ilə dəvam ettirdi. ’39 adlanan mahnınını özü yazıb-oxuduğu kimi, I Want It All və Who Wants to Live Forever? mahnılarında Freddie Merkuri ilə vokal düeti etməkdədir.

Mey, Surreydə öz yoldaşı ilə birlikdə yaşayır. The Sunday Times məlumatına görə 75 milyon euroya yaxın sərvəti ilə Mey dünyadakı ən zəngin musiqiçilərdən biridir. O, qrupun basisti Con Dikonun əksinə musiqini tərk etmədi. O və Rocer Teylor hələ də konsertlərdə və ya proqramlarda iştirak edirlər. Hətta 2005-ci ildə Paul Rodcers ilə Queen + Paul Rodgers adlanan turneye çıxdılar. Gəzdikləri ölkədə Rodcers qrupun məşhur mahnılarını ifa etdi. Mey bu günə qədər Elton Con, Robbi Uilyams, Corc Maykl, Devid Boui, Brayan Adams, Enni Lennoks kimi müğənnilərlə işləmişdir. Queen qrupunun (Con Dikon ilə birlikdə) son çıxartdıqları mahnı "No One But You (Only the Good Die Young)" mahnısı oldu. Bu mahnı Freddi Merkuri, Prinses Diyana və bütün cavan yaşda ölən insanlara həsr olunmuşdu.


Tarix: 24.01.2013 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...