Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burzum

Burzum – Norveç black metal qrupu. Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Øystein "Euronymous" Aarsethi öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur.Mündəricat
1 Üzvlər
2 Albomlar
3 Tanınmış mahnıları
4 Xarici keçidlər


Üzvlər

Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi. Dörd dəfə tarixi kilsə yandıran musiqiçi, 21 il həbsə məhkum edildi. 16 il məhbus həyatı yaşayan Vikernes 2009-cu ildə azad olundu. Qrupun bütün vokal və musiqi alətlərini ifa edir.

AlbomlarAdıQeyd olunma tarixiYayımlanma tarixiMəlumat
BurzumYanvar 1992Mart 1992
AskeAvqust 1992Mart 1993
Det som engang varAprel 1992Avqust 1993
Hvis lyset tar ossSentyabr 1992May 1994
FilosofemMart 1993Yanvar 1996
Dauði Baldrs1994–1995 (həbsxanada)Oktyabr 1997dark ambient janrda
Hliðskjálf1998 (həbsxanada)Aprel 1999dark ambient janrda
Belus2009–2010Mart 2010
Fallen2010Mart 2011
UmskiptarSentyabr 2011May 2012skaldik metal janrında


Tanınmış mahnıları
"War"
"A lost forgotten sad spirit"
"İlla Tiðandi"
"Dunkelheit"
"Key to the gate"
"Valen"
"Når Himmelen Klarner"
"Lost Wisdom"
"Alfadanz"
"Det som engang var"


Tarix: 24.01.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...