H.O.S.T (Hava Od Su Torpaq) – Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rap Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan`la da bir sıra treklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur. Onsuz da planlaşdırılan treklərin hazırlanma prosesi başlanır. "Həyatım Əllərimdə" və "How We Rappin`" sinqllarından sonra Alliance albom yazılışılarına başlayır. Əvvəlcə "Propoqanda" trekiylə eyni adlandırılmaq istənən albom bir sıra müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – "Proloq".Mündəricat
1 "Proloq"
2 "Qarada Qırmızı"
3 "Reinkarnasiya"
4 "Qısa Qapanma"
5 "EP v.01"
6 "Rekviem"
7 "Biz İnsan Deyilik"
8 "Qısa Qapanma" (Qaraqan solo konsert)
9 "Biz İnsan Deyilik" (AiD solo konsert)
10 "Mənim Qaranlığım" (Qaraqan Hip-Hop Müzikl)
11 Albomlar
12 Filmoqrafiya
13 Kliplər
14 Rəsmi səhifələr
"Proloq"
Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup albomu pulsuz paylamağa qərar verir. Artıq ilin sonuna lazımi uğuru qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin sonunda isə yeni albom haqqında müzakirələr başlayır. Dekabrda keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir. Artıq bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı fikirləri də yubanmır. Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.
"Qarada Qırmızı"
Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından hazırlanır. Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın da əməyi olur. Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də məhz bu albomda açıqlayır. Bir çox treklər "A" kitabıyla assosasiyada olur. Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır. Bu arada albom yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur. Albomun adı isə özlüyündə heç bir müzakirə doğurmur – "Qarada Qırmızı". İlk buraxılış Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük kütlə üçün CD`lər satışa təqdim edilir.
Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini açıqlayır. Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı fəaliyyətini başa vurur. Sentyabr-Oktyabr aylarında qrupun fəaliyyətində də yeni mərhələ başlayır. Belə ki, qrup artıq Alliance`lıqdan çıxaraq dörd nəfərlə yoluna davam edir.
Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox düşünməyərək razılıq verir. Dayirman Production`ın ilk işi "Qarada Qırmızı" albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq Azərbaycanın hər bir bölgəsində satılır. 2008-in qış ayları da qrupun tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.
"Reinkarnasiya"
Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un fevralında "Reinkarnasiya" adlı konsert olduqca geniş kütlənin qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur. Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir. Dayirman Production bu yöndə işlərə başlayır. 2009-cu ilin əsas layihələrindən biri də Qaraqanın solo albomu olur. Albomun ilk sınqlı "Bir" elə konsertdə səslənən treklər arasında olur. Mart ayına qədər artıq trekləri hazır olan albomun üçün studiya yazılışları aprel-may keçirilir. İyunda isə "Qısa Qapanma" geniş kütləyə təqdim olunur. Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan Qaraqanın şahəsərlərini ortaya çıxarır.
"Qısa Qapanma"
Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları ləngitmir. Yeni albom üzərində işlər başlanır. Cütlük Mini-Konsert`i təşkil edir. Konsert günü isə ilk EP "EP v.01" təqdim olunur.
"EP v.01"
Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap nümunələri ilə zəngin olur və sırf rap albom sayılır. 2010-a bir neçə sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır. Bir sıra müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk tədbirini təşkil edir.
"Rekviem"
Dayirman Production,eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan "Rekviem" konserti başdan ayağa canlı olur.Konsert gözlənildiyi kimi maraqlı olur və bir sıra suallara cavab olur. İlin növbəti konserti daha kiçik ətrafda təşkil olunur.Bu layihənin məqsədi fəaliyyət göstərən HOSTçu reperlərə dəstək olur. Aprel ayında HOSTED Rap Concert baş tutur.
Aradakı müddətdə HOST tərkibində AlterEgo adlı rok qrup yaradılır. Və əlavə olaraq musiqini və mövzuları genişləndirək məqsədi ilə daha böyük kütlə tərəfindən qəbul olunan keyfiyyətli işlərə davam edilir.
2010`cu ilin ortalarında AiD`in Biz İnsan Deyilik adında öz solo albomunu, HOST`un sayca 5`ci amma satış üçün nəzərdə tutulan 3`cü albomu işığ üzü görür. Albom daha çox fərqli xarakterlərini özündə mükəmməl əks etdirir və çox uğurlu alınır. Və iki track`i Jamal Ali ilə birlikdə oxuyur.
"Biz İnsan Deyilik"
Albom Bakıda satışa buraxıldıqdan sonra, Gəncə şəhərində təqdimat xarakterli böyük konsert keçirilir.
"Qısa Qapanma" (Qaraqan solo konsert)
Qaraqan əsgərlikdən qayıtdıqdan sonra öz solo albomunun təqdimat xarakterli eyniadlı konsertinə hazırlıqlara başlayır və 27 noyabr 2010-cu il tarixində"H.O.S.T production"ın leybli altında Qaraqanın solo konserti baş tutur.Bu H.O.S.T`un 2010-cu il tarixində sonuncu konserti olur.Yeni albomlar üzərində çalışan qrup, ölkə turuna çıxmağa hazırlaşır...
"Biz İnsan Deyilik" (AiD solo konsert)
Qaraqanın solo konsertindən sonra HOST production növbəti uğurlu layihəyə imza atır.Qaraqanın solo konsertinin keçirildiyi həmin məkanda Aidin möhtəşəm solo konserti 13 fevral tarixində baş tutur.Konsertdə Biz İnsan Deyilik albomundan tracklar və yeni tracklar oxunur,həmçinin Bəlkədə nə vaxtsa trackinə çəkilən klip konsertdəkilərə təqdim olunur.Konsertdə Qaraqan,Promete,Ayka,Timon,Dəyirman qonaqlar arasında olur.
"Mənim Qaranlığım" (Qaraqan Hip-Hop Müzikl)
Azərbaycan Opera və Balet Teatrında ilin gənci, Qaraqanın "Mənim qaranlığım" adlı konserti keçirilir. Azərbaycanda ilk dəfə balet və pantomimin müşayiəti ilə keçirilən hip-hop müzikl konsertə müxtəlif yaş qruplarına mənsub tamaşaçılar gəlir. Tədbirin rəsmi qonaqları sırasında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes nümayəndələri olur. Zalın ön sıralarında əyləşənlər arasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, jurnalist Qulu Məhərrəmli, deputat Aqil Abbas, yazıçı Rəşad Məcid, bəsətkar Vaqif Gərayzadə, telejurnalist Nərgiz Cəlilova, müğənni Faiq Ağayev, Fərqanə Qasımova, Siyavuş Kəmimi və digərləri var idi. Tədbirin birinci hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açır. Pantomim rəqsin ardından proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edir.
İqbal Ağazadə isə konsertin çox maraqlı keçdiyini deyir: "Hesab edirəm ki, Azərbaycanda yeni nəsil formalaşır. Mən Qaraqanın əsərlərini oxumuşam, hesab edirəm ki, bu musiqi sahəsində yeni bir cığırdı. Çox sevindirici haldır ki, heç bir reklam və dəstək olmadan istedad özünü göstərir. Həqiqətən Azərbaycanda yeni nəslin həm üslub, həm də forma cəhətdən formalaşdığı müşahidə olunur. Burada hər şey insanı düşündürür, çox bəyəndim".
Öz növbəsində Qulu Məhərrəmli bildirir ki, Azərbaycanda ilk dəfədir ki, belə konsert keçirilir: "Hesab edirəm ki, uğurlu olub. Hiss olunur ki, həm kino, həm teatr elementlərini birləşdirir bu konsert. Həmçinin sözün məharəti ilə də bir çox mətləblərə toxunulur. Bu böyük bir ənənənin başlanğıcı ola bilər".
Məhərrəmli qeyd edir ki, repin mahiyyəti bizim cəmiyyət üçün maraqlı olmalıdır. Çunki rep sosial reportaj və ictimai mahiyyət ifadə edir.
Rəşad Məcid isə Qaraqanı yeni nəslin istedadlı nümayəndələrindən biri adlandırır. "Onun əsərləri cavanlar arasında sevilir. İnanıram ki, onlar gələcəkdə də yaradıcılıqlarını təkmilləşdirəcəklər", – deyə yazıcı qeyd edir.
Albomlar
Proloq (2007)
Qarada Qırmızı (2008)
Qısa Qapanma (2009)
EP v.01 (2009)
Biz İnsan Deyilik (2010)
14 (2011)
İşıq (2011)
Filmoqrafiya
Sirat körpüsü (film, 2007)
Qanadlarıma sığal çək (film, 2008)
Yalançılar (film, 2008)
Kliplər
AlterEgo ft. H.O.S.T – 40`cı qapı
PRoMete (H.O.S.T) ft. Miri Yusif (Dəyirman) – Bura Bakıdır
H.O.S.T – Einstein
Qaraqan – İşıq (İşıq)
PRoMete – Aciz İnsan (14)
AiD – Bəlkə Də nə vaxtsa (BiD)
PRoMete – 2012 (14)
PRoMete – Oyan (14)
Qaraqan – Qadın Ətri (İşıq)
Qaraqan – Baş Rolda Özüm (İşıq)
Tarix: 25.01.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 817 Bölmə: Bəstəkarlar Və Müğənnilər