Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anar Bəylər

Bioqrafiya

Müğənni Anar Bəylər 6 fevral 1989-cu ildə Bərdə şəhərində anadan olub. Ailəsi 5 nəfərdən ibarətdir. Anar Bəylər, əslən Laçın rayonundadır. Kiçik yaşlarından musiqiyə və sənətə həvəsli olan Anar Bəylər, məktəb vaxtlarından etibarən, bir sıra musiqi yarışlarında iştirakçı olub.

2001-ci ildə Bakı şəhərində Vaqif Mustafazadə adına musiqi məktəbinə daxil olan Anar, xanəndəlik ixtisası üzrə təhsil alıb. Zaman ötdükcə, Anar özünü bir sıra böyük müsabiqələrdə sınamaq qərarına gəlir və bir sıra televiziya proqramlarında yarışmaçı qismində iştirak edir. Sənətinin inkişafı üçün musiqi təhsili almağa qərara alan Anar Bəylər, 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nə daxil olur.

"NEXT Qrupu"nun tərkibində

Təhsilini aldığı müddətdə, yeni yaranan NEXT qrupundan Anar'a qrupun tərkibində iştirak etməsi ilə bağlı təklif gəlir. Təklifi qəbul edən Anar, qrupun tərkibində fəaliyyətə başlayır. Qrupun tərkibində fəaliyyəti dövründə aktiv ifaçılardan biri olan Anar, Azərbaycan-la yanaşı Ukrayna, Gürcüstan kimi ölkələrdə də konsert tədbirlərində iştirakçı olur. NEXT Qrupu tərkibində fəaliyyəti dövründə, iki klip və bir çox mahnılarda yer alan Anar Bəylər, fəaliyyəti dövrünün təcrübəsini qazanmış olur. Qrup ilk öncə gənc və istedadlı beş gənc ifaçıdan (Anar, Fərid, Əli, Adil və Seyran) ibarət olub. Müəyyən müddət sonra Adil Baxışlı qrupdan ayrılıb və solo fəaliyyətə başlayıb. Ardınca isə müəyyən müddət sonra Əli, qrupdan ayrılmış və yenidən qrupa geri dönmüşdür.

Anar Bəylər NEXT Qrupunu 2011-ci ildə tərk etmişdir, Anar Bəylərlə birlikdə Fərid Həsənovun da qrupu tərk etməsi, qrupun fəaliyyətində problemlər yaratmış və müəyyən zaman sonra qrup tamamilə dağılmışdır. Qrupdan ayrıldıqdan bir neçə müddət sonra Anar, solo fəaliyyətinə start verib.

Solo fəaliyyəti

2011-ci ildə, qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayan Anar Bəylər ilk olaraq, sözləri və musiqisi özünə məxsus "Sevgidən də artıq" adlı mahnısını yazır və bu mahnıya klip çəkdirir. Klip Rusiyada məşhur kanal ELLO TV-də yayımlanır və bu yayım Anarın solo fəaliyyətində uğurlu addımların başlanğıcı olur. Klip Bakıda, bir neçə məkanlarda lentə alınır. Klipin rejissoru gənc rejissor Fuad İsmayılovdur.
İlk klipin ardından sözləri və musiqisi Cəmil Məmmədli'yə məxsus olan "Geriyə" adlı mahnını ifa edən Anar Bəylər, bu mahnı ilə də yenidən gündəmə gəlməyi bacarır. Belə ki, mahnı sevilir və ifaçının solo fəaliyyətində uğurlarının davamı olur. "Geriyə" mahnısının ardından Anar Bəylər bir sıra xarici mahnıları da ifa edir ki, bu mahnılar da dinləyicilər tərəfindən sevgiylə qarşılanır.
2012ci ildə müğənni sözləri Salihə Məmmədova'ya və bəstəsi özünə məxsus olan "Oyansın Xəritələr" adlı mahnısına da klip çəkdirmək qərarına gəlir. Klip ölkəmizdən kənarda, Ukraynada lentə alınır. Klipin rejissorluğunu Xalid Zeynalov və Nicat Fərəcov edir. İlk klipdə olduğu kimi bu klipin də ilk yayımı ELLO TV'də olur. Klip ölkəmizdə,həmçinin Rusiya və Ukrayna da sevilərək izlənilir.


Tarix: 23.01.2013 / 21:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...