Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Corc Maykl

Georgios Kyriacos Panayiotou (d. 25 iyun, 1963) və ya bilinən adı ilə Corc Maykl, 2 Gremmi mükafatı sahibi Yunan köklü populyar ingilis müğənnisi, vokalist və bəstəkardır. Musiqi tarixindəki ən müvəffəqiyyətli müğənnilərdən biri hesab olunur.

100 milyondan çox satan albomlar, bir çoxu nömrə birə qədər qalxmış mahnılardan başqa Corc Maykl xeyriyyə işləri və siyasi görüşləri ilə də diqqətə gəlməkdədir. Onun solo albomlarının dördüdə Birləşmiş Krallıqda nömrə birə qədər qalxmışdı. Maykl, televizor verlişlərinə çox nadirən çıxır. Aretha Franklin və Elton Con ilə yüksək dərəcədə uğurlu duetləri baş tutmuşdur.

2008-ci ildə kədərli bir mahnı hesab olunan December Song çıxdı. 2009cu ildə Maykl, Beyoncenin İngiltərədə verdiyi konsertdə surpriz qonaq kimi səhnəyə çıxaraq "If I Were A Boy" mahnısını ifa etdilər.Mündəricat
1 Wham!
2 Rekordlar və uğurları
2.1 ABŞ
2.2 Birləşmiş Krallıq
2.3 Avstraliya
3 Solo albomları və mükafatları
3.1 Wham! albomları
3.2 Düetlər və digər mahnılar
4 Karyera uğurları
5 Şəxsi həyatı
5.1 Siyasət
5.2 Narkotik
5.3 Xeyriyyə
5.4 Cinsiyət
6 Təsir


Wham!

Kariyerasına uşaqlıq dostu Endryu Ridcili ilə birlikdə "Wham!" adını daşıyan bir qrup qurmaqla başlayan Maykl, Ridcili ilə birlikdə hələ ilk albomlarından uğurlu bir başlanqıc etdi. Daha sonra çıxardıqları "Make It Big" adlı albom Billboard çartlarında nömrə 1-ə qədər qalxdı. Albomdan çıxan "Wake Me Up Before You Go-Go" və Corcun solo bir şəkildə oxuduğu, çıxtdığı vaxtlarda çox böyük bir xitə çevrilən məşhur "Careless Whisper" böyük xitlər oldular. Daha sonra çıxan iki albomdan sonra qrup dağıldı ve Maykl öz solo kariyerasına başladı.

Bu müddət ərzində Bad Boys, Wham! Rap, Wake Me Up Before You Go-Go, Everything She Wants, I'm Your Man, If You Were There və Last Christmas kimi bir çox hit mahnılar satışa çıxardmışdırlar. Bundan əlavə Corcun iki solo mahnısı oldu: A Different Corner və ilin ən çox qulaq asılmış mahnısına çevrilən Careless Whisper oldu.

Rekordlar və uğurları

ABŞ
15 milyondan çox satılmış albomlar.
Soul Musiqisinin Kraliçası ləqəbli Aretha Franklin ilə düet etmiş ilk ağ dərili müğənni.
ABŞ tarixində bir həftə içində ən çox albomu satılan ingilis müğənni.
Onun 'Careless Whisper' mahnısı 1985ci ilin ən çox satılan mahnısı oldu.
Onun 'Faith' mahnısı 1988ci ilin ən çox satılan mahnısı oldu.
Onun 'Faith' albomu 1988ci ilin ən çox satılan albomu oldu.
Tarixdəki ilk müğənniyə çevrildiki bir albomundan 5 nömrə bir hit çıxdı.
10 milyondan çox olan satışlara göre Maykl, prestijli Diamond Mükafatı ilə mükafatlandırıldı.
Amerikan R&B çartlarında öz Faith adlı albomu ilə nömrə birə qədər qalxan ilk ağ dərili müğənni oldu.
İlk ağ dərili kişi müğənni idiki Ən Yaxşı Soul/R&B albomu və Ən Sevimli Vokalist Amerikan Musiqi Mükafatları aldı.
Birdən çox mahnısı "ilin ən çox qulaq asılmış mahnısı" seçilən yeganə kişi müğənni.

Birləşmiş Krallıq
Son onillikdə Britaniya radyolarında ən çox mahnıları çalınan sənətçi hesab olunur.
Londondaki yeni Vembley stadyonunda ifa etmiş ilk müğənni.
Solo olaraq 10 milyondan çox albom satmışdır.
Corc Maykl, tarixdəki ilk müğənnidirki özü tərəfindən yazılıb, oxunub, çalınıb, düzəldilib, istehsal edilib və ifa edilmiş bir mahnı nömrə birə qədər qalxıb.
Corc Maykl, İngiltərə tarixindəki ilk müğənnidirki bir albomundan 6 mahnı Top 3ə qədər çıxdı (Older).
Cowboys and Angels istisna olmaqla bütün mahnıları Top 40'da yer aldı.
Songs from the Last Century adlanan kover albomu istisna olmaqla bütün solo albomları nömrə birə qədər çıxdı.

Avstraliya
Avstraliya tarixində ən çox nömrə bir xiti olan ingilis müğənnisi hesab olunur.
Onun Too Funky adlı mahnısı musiqi tarixindəki ən böyük hoppaniş edən mahnıya çevrildi. Belə ki 1992də 50ci sıradan 8ci sıraya (42) qədər qalxmışdı.

Solo albomları və mükafatları

Corc Maykl, 2006-cı ildə Münihdə bir konsertdə
Faith: Pop musiqisi tarixindəki ən yaxşı albomlardan biri hesab olunan albom 1988ci ilin ən çox satılan albomu halına gəldi. Albom ilə eynı adı daşıyan mahnıda ən çox satılan single oldu. Rolling Stone jurnalı tarixdəki ən yaxşı albomlardan biri kimi göstərdiyi Faith "Allmusic" tərəfindən şahəsər adlandırıldı. Maykl 5 Amerikan Musiqi Mükafatına namizəd göstərildi ve bunlardan üçünün sahibi oldu, bundan əlavə albom İlin Albomu Gremmi Mükafatı qazandı. BRİT Mükafatı da qazanan Mayklın Father Figure mahnısı da ona bir Gremmi namizədliyi gətirdi. Aretha Franklin ilə düeti olan ve həm ABŞ həm də İngiltərədə nömrə birə qədər qalxan I Know You Were Waiting (For Me) adlı mahnı albomda yer almadı ama Maykl bu mahnı ilə bir Gremmi qazandı. İlk həftəsində 1 milyona qədər satan albom, ümümdünya üzərində halhazırda 20 milyondan çox satmışdır. Mayklın albomdan 5 mahnısı nömrə bir xit oldu. Channel 4 adlı televizor kanalıda tarixdəki ən yaxşı albomlardan biri kimi göstərdiyi albomdaki bütün mahnıları Maykl özü yazıb bəstələmişdir. Albomda yer alan Hand to Mouth siyasi bir mənaya sahib idi. Albomun digər mahnısı olan "I Want Your Sex" bəzi radyolarda "I Want Your Love" kimi deyişdirildi və ya çoxlu cinsiyət ilə əlaqəli sözlərinə görə banlandı. Albom 3 Juno Mükafatına namizəd göstərildi və bir MTV Video Musiqi Mükafatı qazandı və 3 Ivor Novello Mükafatı qazandı.
Listen Without Prejudice, Vol 1: Faithin böyük uğurundan sonra çıxarddığı Listen Without Prejudice da Mayklın məqsədi daha ciddi bir iş yaradmaq idi. Azadlıq, siyasət və sülh başda olmaqla bəzi mövzülara toxunan Mayklın albomu kritikal nəzərdən çox boyük uğur oldu. Məşhur mahnılarından "Freedom! 90" mahnısına çekdiyi klip ilə 5 MTV Video Musiqi Mükafatına eləcə də Gremmi mükafatına namizəd gösterildi. Belə ki, Ən Yaxşı Britaniya Albomu BRIT Mükafatı qazansada albom satışda gözlənilən uğuru gətirmədi. İngiltərədə nömrə birə qədər qalxan albom, Avropada bəs edici dərəcədə diqqət cəlb etdi ama ABŞda yüksək satış gəlirləri əldə edə bilmədi. Buna səbəb Mayklın bu vaxtlar Sony firması ilə olan məhkəmə davası (hətta bu səbəbdən albomunun dəvamını çıxartma planları baş tutmadı) və bu səbəbdən albomun yaxşı reklam olunmaması ola bilər.
Older: 1996cı ildə çıxarddığı bu albom sayəsində Corc Maykl Ən Yaxşı Kişi Müğənni MTV Avropa Mükafatı qazandı. Mayklın albomdan çıxan ilk mahnısı "Jesus to a Child" çox böyük bir xitə çevrildi, tarixdəki ən gözəl məhəbbət mahnıları arasında adı tez-tez çekilən mahnı İngiltərədə nömrə birə qədər qalxdı. Fastlove adlı mahnıda Avstraliya ve İngiltərədə nömrə bir xiti oldu ve klipinə göre Maykl MTV Video Musiqi Mükafatı qazandı. Mayklın xüsüsən musiqi instrumentlərinin mahnılarındaki ifa stili kritikləri razı saldı.
Songs from the Last Century: Uğursuz olan bu albomdakı bütün mahnılar kover mahnılarıdır. İngiltərədə nömrə ikiyə qədər qalxsada və bir Gremmi mükafatına namizəd göstərilsədə tənqidçilər albomdan heç razı qalmadılar. Satışdada gözlənilən uğuru əldə etməsədə Mayklın Roxanne mahnısı xitə çevrildi.
Patience: Mayklın son solo albomu. 2 Gremmi, 1 GLAAD mükafatı namizədliyi qazanan albom uğurlu hesab olunur.

Wham! albomları
Fantastic!: ilk albomları İngiltərədə böyük uğur oldu. Bad Boys, Clup Tropicana və Enjoy What You Do kimi hitlər çıxasada Maykl bu mahnıların heç birini indi canlı ifa etmir. Buna baxmayaraq tənqidçilər albomu uğursuz hesab edirler.
Make it Big: Ən böyük kritikal uğur olan albomları Wake Me Up Before You Go Go, Freedom, Everything She Wants və Corcun ilk solo mahnısı megahit "Careless Whisper" mahnısına sahib olan albom yüksək satış və böyük kritikal uğur əldə etdi.
Music from the Edge of Heaven: I'm Your Man, solo A Different Corner, The Edge of Heaven və klasik halına gəlmiş Last Christmas mahnılardan olan mahnı sadəcə ABŞ-da çıxdı. Digər ölkələrdə Final adlı albom çıxdı, hansıki bütün hitləre yer verilmişdi.

Düetlər və digər mahnılar

Maykl bir çox müğənninin albomundə və ya single-da arxa vokalist və ya bəzən düet kimi çıxış etmişdir. Aretha Frenklin və Elton Con ilə olan düet mahnıları heç bir Maykl albomunda yer almasada nömrə bir hiti olublar. Do They Know It's Christmas? kimi xeyriyyə mahnılarındada yer alan Corc Maykl, Meri C. Blic ilə As, Uitni Hüston ilə If I Told You That və Tobi Bork ilə Waltz Away Dreaming kimi hit düetləri mövcüddür. Outside və An Easier Affair kimi hit mahnıları isə heç bir studiya albomunda yer almamış sadəcə xitlər kolleksiyalarında mövcüddürlar. Eləcə sadəcə single içində ikinci tərəf kimi çıxan Fantasy adlı mahnıda. Frenklin ilə olan düetinə görə Qremmi mükafatı alan Maykl Elton Con ilə olan düeti ilə də Qremmiyə namizəd göstərildi.

Karyera uğurları

Corc Maykl, rekordlar və satışlardan əlavə kritikal baxımdanda olduqca uğurlu bir müğənni hesab olunur. Çekdiyi kliplərdən ötəri MTVdə xüsüsən mükafat alan Maykl, VH1 tərəfindən tarixdəki ən mühüm kişi müğənnilərdən biri seçildi. Q jurnalı isə Corc Mayklı ötən əsrin ən 30-cu musiqi ulduzu seçdi. Mayklın həm solo həm də Wham! müddətindəki bir çox mahnı da jurnal listlərində özlərinə yer tapır. Heat jurnalının məlumatına göre Corc Maykl İngiltərənin ən varlı müğənillərindən biridir. Corc Maykl, musiqidəki uğurlarından əlavə öz xarici görkəminə görə də diqqət çekib və VH1 kimi kanalarr Heat və Company kimi jurnallar onu tarixdəki ən cazibədar kişilərdən biri hesab edirlər.

Şəxsi həyatı

Siyasət

İnsan Haqları üzərində bir neçə konsert verən Maykl, İraq müharibəsınə ve Corc Buş siyasətinə yüksək dərəcədə qarşıdır. Onun Shoot the Dog adlanan video klipində Toni Bleiri bir it, Corc Buşu isə onun sahibi kimi təsvir etmişdir.

Narkotik

Maykl üzərində bir neçə dəfə narkotik tapıldığına göre polisler tərəfındən gözaltına alınmış, ama çox keçmədən buraxılmışdır.

Xeyriyyə

Maykl bir çox xeyriyyə konsertləri təşkil etməkdə və ya "Pavarotti və Dostları" daxil olmaqla bir çox xeyriyyə konsertində iştirak etməktədir. 1984də Band Aid'in "Do They Know This Is Christmas?" mahnısında bir qismində oxuyan Maykl, Elton Con ilə yüksək dərəcədə uğurlu olan ve Gremmiyə namizəd olan möhtəşəm mahnıları "Don't Let the Sun Go Down On Me" də AİDS, təhsil və uşaqlar üçün olan bir konsertdə oxunuldu. Mahnını Maykl, daha sonra yarı italyanca olmaqla Lusiano Pavarotti ilə duet halına gətirdi.

Maykl, xəstə uşaqlar üçün 35 milyon dollar kömək sərf etmişdir.

Cinsiyət

20li yaşlarına qədər qadınlarla birlikdə olmağa çalışdığını deyən Maykl, hələ Wham! illərində bəzi yaxın dostları və musiqi biznesində olan insanlar tərəfindən sirri bilinirdi ki, bu vaxtlar onun imici heteroseksual idi. 2007ci ildə Maykl, öz homoseksuallığını gizlətmə səbəbinin anasının ehtimal reaksiyalarından ötəri olduğunu qeyd etdi. Mayklın homoseksuallığını etiraf etməsi E! tərəfindən şou-biznes tarixdəki ən şok edici hadisələrdən biri olaraq adlandırıldı.

Təsir

Bir çox cavan ingilis müğənnisi Corc Mayklı özlərinə nümünə götürdüyü kimi, Madonna və Meri C. Blic kimi müğənnilər onun fanatı olduğunu qeyd etmişdirlər. Əsasən Avropada müvəfəqiyyətli olan müğənnilər Enriki İqlesis ve Riki Martin Corcun fanatları arasındadır. Müğənni Robbi Uilyams onun dəvamçısı hesab olunur.

Corc özü Devid Bovi, Freddi Merkuri, Elton Con, The Beatles, Prince, Smoki Robinson, Elvis Presli, Aretha Frenklin kimi müğənnilərdən təsirləndiyini qeyd etmişdir.


Tarix: 24.01.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 765 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...