Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceff Blu

Ceff Blu, Amerikalı musiqiçi, mahnıyazan, musiqi prodüseri. O hal-hazırda Atlantic Recordsda işləyir. Ancaq o bir vaxtlar adlı-sanlı şirkətlərdə də işləyib. Onlar, Warner California, Interscope Records, Virgin/Capitol Music Group, Sony/BMG/Jive Records, və RCA/J Recordsdur.

Həyatı

Ceff, Universiteti bitirdikdən sonra milli ticari bir qrupda zərb alətçi olaraq işlədi. Sonra bir müddət o tanınmış Amerika musiqi jurnalı Billboardda həftəlik məqalə yazdı. Ancaq bu Ceff üçün əsas peşə deyildi və nəhayət o Zomba Music Publishing şirkəti ilə müqavilə imzaladı və bu şirkətlə işləməyə başladı. Sonra o Brad Delson ilə tanışdı və Brad-in fikri onu cəlb etdi. Ancaq o işlədiyi şirkət ilə o vaxt yeni yaranmağa başlayan XERO arasında müqavilə imzalamaq istəyirdi ancaq bu baş tutmadı. Sonra Ceff, Meysi Qrey ilə birlikdə işləməyə başladı. Və o Meysi Qrey ilə Linkin Park yaradılmasında böyük rol oynadı. Həmçinin o Brad-ə qrup yaratmaq fikrini vermişdir. Sonralar o Korn və Limp Bizkit kimi qruplarla müqavilə imzaladı. Ceffin sayəsində Linkin Park ilk albomu üçün etiket tapdı və albomunu yayımladı. Sonralar bu albom 21-ci əsrin ən çox satılan albomu oldu. 2 il Xero ilə işləyən Ceff, sonra qrubun adını dəyişmək barədə ortalığa bir fikir atdı və ad dəyişdi. Mayk Ueykfildin qrupdan çıxmasından sonra qrup solist axtarırdı. Bir gün Ceff Arizonada Çester Benninqton ilə qarşılaşdı və onun səsi Ceffdə böyük təəsürat yaratdı. Onun təklifi ilə Çester qrupa daxil oldu. Sonra o Warner Bros.da işləməyə başladı. Və onun işlədiyi firma Linkin Parkın illərdir axtardığı etiket oldu. Bundan sonra və indiyədək Linkin Parkın bütün albomlarının etiketi Warner Bros.a aid oldu. O hal-hazırda prodüserliyinə Atlantis Records firmasında davam etməktədir.


Tarix: 24.01.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...