Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dima Bilan

Dima Bilan (Rus dilində: Дима Билан; doğum adı: Viktor Belan, Виктор Белан) ,Rus müğənni.Mündəricat
1 Həyatı
2 Albomları
3 Avroviziya Mahnı Müsabiqəsi
4 Diskokrafiya
4.1 Albomlar
5 Xarici keçidlər


Həyatı

Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda siə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur.

2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi.

Albomları

2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu. Uğurlu bir sinql olan "Na berequ neba" ("Səma sahilində"), həm də ikinci albomunun adıdır. Albom Yuri Ayzenşpis tərəfindən hazırlandı.

2006-cı ildə "Vremya-reka" ("Zaman-axar çay") adlı üçüncü albomu çıxartdı. Albomdakı bir çox mahnı xit oldu.

Uğurlu 2 il keçdiktən sonra, Dima Bilan 4-cü albomu olan "Protiv pravil"i ("Qaydalara qarşı")çıxartdı. Albomdakı bir çox mahnı xit oldu.

Avroviziya Mahnı Müsabiqəsi

2004-cü ildə ikinci albomunu çıxartdıqdan sonra 2005-ci ildə "Not That Simple" adlı mahnı ilə Avroviziya Mahnı Müsabiqəsi seçmələrində iştirak etdi.

Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2006-cı ildə Never Let You Go adlı mahnı ilə Rusiyanı təmsil etmiş və 2-ci olmuş, daha sonra 2008-ci ildə Believe adlı mahnı ilə təmsil edərək Rusiyaya Avroviziya Mahnı Müsabiqəsində ilk birinciliyi gətirmişdir.

Diskokrafiya

Albomlar
Я Ночной Хулиган (2003)
На берегу неба (2004)
Время река (2006)
Против правил (2008)
Believe (2009)
Мечтатель (2011)


Tarix: 22.01.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...