Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Məhərrəm Hüseynli

Aşıq Məhərrəm Hüseynli - Aşıq

Həyatı

1959-cu il iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbərin səsininin sehrinə qapılaraq, Türk Dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib.

Orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinə (BDU) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib.

Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları mövcuddur.

1981-ci ildə xalq şairi Huseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi Məhərrəm Huseynlinin də çalışmaları Azərbaycan Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulmasında rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.

O, ustadı Aşıq Mikayıl Azaflı ilə yanaşı Aşıq Aydın Cobanoğlu, Aşıq Rza Qobustanlı, Aşıq Əjdər (İbrahimov), Aşıq-balabancı Sərdar Məmmədli, Aşıq Cuma ilə də Novruz və digər toplantılarda birgə çıxışlar edib. Hələ tələbəikən BDU-da kecirilən tədbirlərdə yuksək professionallıqla çıxışlar edib. Respublikada keçirilən tələbə və gənclərin ümumittifaq xalq yaradıcılığı festivalında yüksək yer tutaraq diplom və fəxri fərmanlara layiq gorulub. 1990-cı ildə İçəri Şəhərdə "Qoca qartal" Aşıqlar Ansamblı yaradaraq televiziyada, radioda, habelə xeyriyyə konsertlərində – böyük konsert salonlarında çıxışlar etmişdir. Bu ansamblın tərkibində Aşıq Rakif (İsmayılov), Aşıq Fikrət Körpülü, Aşıq Ədalət Qiyasoğlu, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Nuru Məhəmmədoğlu kimi gözəl sənətçilər birləşirdi. 1991-ci ildə keçmiş adı ilə "Oğuz"olan, indiki adı ilə "Tovuz" Xeyriyyə Cəmiyyəti kimi fəaliyyət göstərən qurumun dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə konsertləri düzənləmişdir.

Tanınmış aşıq həmçinin keçmiş adı ilə Mərkəzi Konsert Sarayı – indiki Heydər Əliyev adına Sarayında "Koroğluya qayıdaq", "Hoydu, igidlərim, hoydu" adlı (cəng ruhlu) konsertlər düzənləmişdir. Hə iki konsertin videoyazısı Az.TV tərəfindən bir neçə dəfə yayınlamışdır və hazırda da arxivdə qorunur.


Tarix: 23.01.2013 / 22:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...