Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir) – (22 İyun 1897, Xanbağı, (Şuşa) – 26 Sentyabr 1961, Bakı) – Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.
Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür.
1940-cı ildə professor seçilmişdir.
1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.
Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Onun oğlu – müğənni Polad Bülbüloğlu bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, SSRİ – nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.Mündəricat
1 Oynadığı əsas partiyalar
2 İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
3 Xatirə sikkələri
4 Mənbə
5 Əlavə məlumat
Oynadığı əsas partiyalar
Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu"
Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"
Qərib – R.M. Qlier, "Şahsənəm"
Əlyar – Müslüm Maqomayev, "Nərgiz"
Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"
Fərhad – Niyazi, "Xosrov və Şirin"
Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"
İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər
"Sənsiz" – Üzeyir Hacıbəyov
"Sevgili canan" – Üzeyir Hacıbəyov
"Ölkəm" – A. Zeynallı
"Süsən sünbül" – Xalq mahnısı
"Yaxan düymələ" – Xalq mahnısı
"Qara gözlər" – Xalq mahnısı
"Çal-oyna" – Xalq mahnısı
"Segah təsnifləri"
Tarix: 21.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Bəstəkarlar Və Müğənnilər