Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuriyyə Hüseynova

Nuriyyə Hüseynova - Müğənni. Aktrisa. Filmlərdə iştirak edən.

Həyatı

Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə anadan olmuşdur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir.Əməkdar Artist Nuriyyə Hüseynova Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil almışdır.

Asəf Zeynallı adına Musiqi texnikumunda, 8 saylı uşaq musiqi məktəbində dərs demişdir. 1994-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimə kimi çalışır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Nuriyyə Hüseynova ansamblın tərkibində bir çox dövlət tədbirlərində çıxış etmişdir. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində “UNESCO”-nun tədbirlərində konsert proqramı ilə Azərbaycan musiqi sənətini uğurla təmsil etmiş, ansamblın ifasında “UNESCO” tərəfindən kompakt-disk buraxılmışdır.

O, ansambl ilə birgə 2005-ci ildə Düşənbədə keçirilən "Qəlblərin səsi" festivalında, İstanbul şəhərində "İslam ölkələrinin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmiş mədəni proqramlarda yüksək səviyyədə çıxış etmişdir.

2007-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 2-ci veriliş (film, 2007)
Cavad xan (film, 2009)


Tarix: 22.01.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...