Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedənə Dur Demə

Çox sevdiyiniz biri var, onu elə çox sevirsiniz ki onsuz həyatınızın davam etməyəcəyini zənn edərsiniz
Sizi çox sevdiyini də deyə bilər, yenə də hər cümləsinin qabağında "amma" eşitməli olursunuz
Siz də çox yaxşı bilirsiniz ki, "amma" ilə başlayan cümlələr ya şərt, ya da bəhanə şəraiti yaradacaqdır

Siz onu bu qədər çox sevdiyiniz halda, o tez-tez bəhanələrlə "Səni Sevirəm amma..." ilə davam edən cümlələr qurmaqdadır
Hətta hər söhbətinizin axırını ayrılmağa da gətirə bilər

Sizin sevginiz get-gedə artsa da, yaranan ümidsizlik və hər söhbətin sonunda olan ayrılaq sözünü eşitmək qorxusu sizi həm yormaqda, həm də bezdirməkdədir.

Bunlardan başqa aranızda keçən o qədər vaxta da heyfiniz gəlir, getdiyiniz yerlər, etdikləriniz, verdiyiniz qərarlar, o sevgi sözləri həmişə ağlınızdadır və bu sizi daha da pis hala salmaqdadır..
Bir gün sizə daha iddialı olaraq "Hər şey bitsin, qərarımdan da dönən deyiləm" dediyi halda

İNANIN Kİ, dəyməz gedənə Dur demək... Axı

Gedənə dur demək sənin böyük səhvindir
Gedənə dur demək sənin acizliyindir
Gedənə dur demək sənin məcbur sahib olma istəyindir
Gedənə dur demək özünü aldatmağındır
Gedənə dur demək boş ümidlənməyindir
Gedənə dur demək dəyərinin itməsidir
Gedənə dur demək gedişini gecikdirməkdir
Gedənə dur demək sevməyənə sev deməkdir
Gedənə dur demək boş zaman itkisidir
Gedənə dur demək qürurunun itməsidir
Gedənə dur demək qarşılıqsız istəkdir...
ONU BİLİN Kİ, Ürəkdən sevən şərtsiz sevər, bəhanəsiz sevər, ən pis halla belə yenə Səni sevər. "Amma"lar olmaz, yenə də sevər.
"Gedənə dur deməsəm sabah peşman olaram" deyə düşünməyin, sən bunu artıq deyə biləcəyin qədər demisən. Bu andan sonra gedənə dur demək faydasız, nəticəsiz olacaqdır, çox şey itirəcəksən bu halda, ən əsas özünü itirəcəksən...

Bir gün ürəyində olan bu sevginin əslində o qədər də böyük olmadığını anlayacaqsan. Zaman hər şeyi həll edəcək...


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 131 Bölmə: Azeri Letifeler
loading...