Qız:
- Bu nömrədən vzv gəlibe mənə..kimiydiki?
Oğlan:
- xanım bağışlayın səhv yığmışdım...
Qız:
- [aydaa nə qəşəng səsi var ]Bir dəqiqəyee siz uşaq zadsız?! nömrəni yığanda bir baxında! Neçə yaşın varki?!
Oğlan:
- 24 yaşım var..Xanım üzr istəyirəmdə ani səhv idi..
Qız:
- [uydaaa mənim 22 yaşım var kakrazdı))] Gözdə görümee! sən kimə zəng vururduki səhvən mənə düşdün?!
Oğlan:
- Qrup yoldaşıma,nömrələriviz oxşardı((
Qız:
- Qızdı yoxsa oğlan?! harda oxuyursanki?!
Oğlan:
- qızdı..Bakı Dövlətdə..
Qız:
- [uydaa həmdə universtitetde oxuyur..
Həə deməli sən Babniksəndə gündə bir qıznan fırlanırsan!!
Oğlan:
- yoxe xanım nə danışırsızee,siz deyirəm qrup yoldaşıma vacib söz deyəcəkdim səhvən sizə düşmüşdümdəə..üzürlü hesab edin..
Qız:
- [həmdə ağıllı oğlana oxşuyur..] Hmmm belə boyun,çəkin nə qədərdi?
Oğlan:
- Başa düşmədim..
Qız:
- Deyirəm boyun,çəkin nə qədərdi?
Oğlan:
- 182 sm, 70 kg/ nə olubki?
Qız:
- [Obbaa suppa)) Əsl mən deyəndi..] Deyirəmdəə sənin qızların çox olar..! Məni bəyənmərsən!
Oğlan:
- Xanım nə qızı nə bəyənməyi..?!Dedim axı mənim sevgilim yoxdu!
Qız:
- [Mən ölməmişəmki,Mən olaram..] Sən deyəsən rayonnan gəlmisən ona görə , sevgilin zad yoxdu
Oğlan:
- yox mən Bakılıyam..
Qız:
- Hansı tərəfdə qalırsanki?
Oğlan:
- Sahil metrosunun yaxınlığında..nədiki
Qız:
- [Nə zooor)) deməli mən bunuynan evlənsəm Düz şəhərin mərkəzində qalacam..] Heçnə ürəyim)) Yəqin imkanlı olarsızda
Oğlan:
- ürəyim??? başa düşmədim mən nə vaxtdan ürəyin oldum sənin..?Həə imkanlıyıq nə olsunki?
Qız:
- Deyirdimki bəlkə səniynən görüşəəək?)) :**
Oğlan:
- yoox ehtiyac yoxdu!
Qız:
- [Eşşəyə baax!] Onda mən sizi şikayət edəcəm! Deyəcəm mənə zəng edib narahat edir..!!!
Oğlan:
- Xanım vzv-a görə dedim axı səhvən olub!
Qız:
- aaaa 1 saatdı burda məniynən danışan kimdi bəs! Özün bil , görüşmək istəmirsənsə onda şikayət edəcəm..!!
Oğlan:
- Yaxşı hara gəlim?
Qız:
- Gəl Məni Gənclikdən götürdə aşkım..
Oğlan:
- Yaxşı 10 dəqiqəyə gəlirəm.Mənə aşkım demə!!
Qız:
-Tez gəl gözdüyürəm həyatııııım ^^)
Tarix: 01.02.2013 / 23:40 Müəllif: [Ram] Baxılıb: 1448 Bölmə: Azeri Letifeler