Molla bir gün öz-özünə fikirləşir ki,
						Molla bir gün öz-özünə fikirləşir ki, bahalıqdır, arpa ala bilmirəm,
 gəlsənə eşşəyin arpasını azaldam. Özü öz fikrini bəyənir, elə haman
 gündən də eşşəyin arpasını azaltmağa başlayır. Baxır ki, eşşəyin halına
 təfavüt eləmədi. Sabahısı yenə bir az arpadan, bir az da samandan
 azaldır. Baxır ki, yox, eşşək bir az sustalıb, amma o qədər də əsəri olmayıb.
 Di bir az-bir az eşşəyin arpasını lap kəsir. Samanı da gündə
 bircə dəfə verir. Bu hal ilə bir neçə vaxt keçir. Bir gün səhər tövləyə
 gəlib görür ki, eşşək ölüb.
 Bir ah çəkib deyir:
 – Eşşəyə yaxşı qənaət öyrədirdim, hayıf ki, əcəl aman vermədi.
molla Nesreddin
Tarix: 02.06.2013 / 17:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Azeri Letifeler
loading...