Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quqarların etnik mənsubiyyəti

İlk dəfə (I əsr) Böyük Pliniy Şimali Qafqazda yaçayan tayfalardan birinin adını qorar kimi qeyd etmişdir. Yuxarıda isə dedik ki, Strabonun Ermənistana aid etdiyi Qoqarena əyalətinin adı orada qoqar adını daşıyanların məskun olduğunu göstərir. Deməli, I əsr üçün qoqarlar və ya quqarlar iki regionda – Şimali Qafqazda və Cənubi Qafqazda yaşayırdı. Bundan əlavə, V əsr erməni tarixçisi Favst Buzand IV əsrin əvvəllərinə aid hadisələrlə əlaqədar olaraq yazır ki, Qafqaz Albaniyasının şimal-şərqində (Dərbənddən cənubda) quqar adlı tayfa yaşayır [3].

Bəzi tədqiqatçılar quqarları qafqazdilli xalq sayırlar183. Gürcü tədqiqatçısı D. L Musxelişvili isə onları hətta iber (gürcü) tayfası hesab edir184. Bu fikirlərin hər ikisi yanlışdır. Əslində quqar qədim türk mənşəli tayfadır və strukturu cəhətdən sonu "ar", "ər" sözləri ilə bitən qədim türk mənşəli etnonimlərdə (məsələn, avşar, bulqar, qacar, kəngər, savar və b.) bir sırada durur.

Gürcü alimi Q. A. Melikişvili qoqar və ya quqar etnonimini Bibliyada skiflərə verilən qoq-maqoq adı ilə əlaqələndirir185. Ehtimal olunur ki, qoq "skif", Maqoq isə onların yaşadıqları ərazi deməkdir. Yuxarıda biz Bibliyada eradan əvvəl VII əsrə aid "Xalqların cədvəli"ndə Yafətin oölanlarından üçünün Qomər, Maday və Maqoq adlandığını demişdik. Başqa sözlə, bu sənəddə qoq-maqoqlar və kimmerlər midiyalılarla qohum xalq kimi göstərilir. Bunu belə başa düşmək lazımdır ki, quqarlarla kimmerlər arasında həm mənşəcə eynilik vardır. Həm də onlar hələ eradan əvvəl VII əsrdə Bibliyanı tərtib edənlərə məlum idi. Digər tərəfdən, tədqiqatçıların Bibliyadakı maqoqları skiflərlə əlaqələndirmələri də quqarların türk mənşəli olmasına dəlalət edir. Q. A. Melikişvili Ermənistan və Gürcüstan ərazisindəki quqarları saklarla əlaqələndirmişdir. Yuxarıda isə sakların Cənubi Qafqaza gəlməsinin eradan əvvəl VII əsrdə baş verdiyini demişdik.

Dağıstanda indi də Quqarlı adlı azərbaycanlı kəndinin mövcudluğu quqarların bir hissəsinin eranın əvvəllərində Albaniyanın şimal-şərqində yaşaması ilə əlaqədardır. XVI əsrdə Anadoluda Boz – Ulus türk tayfa birləşməsinin bir tayfası kuxar (və ya kuqar) adlanırdı[4].

Erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşayan kəngərpeçeneklərdən danışan X əsr müəllifi onların bir tayfasının kuyarçi adlandığını yazmışdır187. Əslində kuyarçi etnonimi kuqar etnonimindən (N. A. Baskakova görə qədim peçeneqlərin dilində baçqa türk dillərindəki "q" səsi "y" kimi tələffüz olunurdu;[5] məsələn, başqa türk dillərindəki "bək" sözünün azərbaycan dilində "bəy" kimi tələffüzü) və bəzi türk tayfalarının adları üçün səciyyəvi –çı, -çi, – çu şəkilçisindən (məsələn, Qazançı, Quşçu, Danaçı, Sabunçu kənd adları kazan, kuş, tana və sapan adlı etnonimlərdən və həmin şəkilçidən ibarətdir) düzəlmişdir.


Tarix: 17.01.2015 / 15:46 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...