Həyatı
Doktor Əmiraslan xan Avşar Qasımlı (Canməhəmməd oğlu), 1919-cu ildə Marağada dünyaya gəlibdir.O, İranda ibtidai təhsil almışdır, təhsilin davam etmək üçün xaricə getmişdi.Almaniya, Avstriya və İsveçrədə təhsil alandan sonra, doktorluqun almışdır.1947-ci ildə İrana qayıdıb və bir müddət xarici işlər nazirliyində işlədi.Sonra bir müddətdə Haaqada İran səfirliyinin üçüncü katibi idi.
Sonra İrana gəldi və 1949-cu ildə Məhəmməd Saidin qızı ilə evləndi.Bu evlilik ilə önemli işlərə nail oldu.1956-cı ildə,XIX Milli Məclisinin seçkiləri zamanı, Marağa şəhərindən nümayəndə oldu.Milli Məclisin XX dövründə, yenədə Marağanın nümayəndəsi idi. 1967-ci ildə İranın Avstriyadaki səfiri oldu.1969-cu ilin oktyabr ayından, 1973-cü ilin mart ayına qədər İranın Amerikada ki səfiri oldu. 1974-cü ildən, 4-il müddətində İranın Almaniyadaki səfiri oldu.
1978-ci ildə İrana qayıdıb və 1979-cu il İran inqilabına qədər sarayın mərasim başçısı idi.
Tarix: 21.01.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanlı sülalələr