Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfa Axundov

Həyatı
19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından Təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı Aeroportda pilot təyin edilir.

1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu. Evli idi, iki oğlu həyatda yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.


Tarix: 27.01.2015 / 13:37 Müəllif: Feriska Baxılıb: 93 Bölmə: Azərbaycanın müharibələri‎
loading...