Həyatı
Aydın Oktay oğlu Şükürov 1 dekabr 1959-cu ildə anadan olub.
1980-ci illərdən gizli siyasi dərnəklərdə fəalliyyətə başlayıb, Azərbaycanda Milli Azadlıq Hərəkatının ilk öncüllərindəndir.
1988-1991-ci illərdə erməni təcavüzünə qarşı silahlı müdafiə dəstələrinin yaradıcılarından, AXC-nin Zəngilan-Qubadlı şöbəsinin təsisçilərindən olub.
1989-2001 - ilə kimi AXC Qubadlı rayon şöbəsinin sədri və AXC Ali Məclisinin üzvü olub. 1991-ci ilin avqust ayında,həbslərdən sonra,Rus qoşunları tərəfindən dağıdılmış AXC Qubadlı rayon Şöbəsinin fəaliyyətini bərpa etmək üçün, Elçi Bəyin xüsusi sərəncamı ilə,Vüqar Məhərrəmovla birgə fövqəladə səlahiyyət verilib.
1989-1994-ci illərdə Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda apardığı mübarizəyə görə siyasi motivlərlə Bakı, Qubadlı, Zəngilan, Ağdam, Xankəndi, Tiflis, Rostov, Novo-Çerkasski həbsxanalarında həbsdə saxlanılıb.
Qubadlı,Şuşa, Laçın , Zəngilan, Cəbrayıl, Fizuli, Ağdam döyüş bölgələrində iştirak edib. 1995-1998-ci illərdə AXCP mərkəzi NTK-nın üzvü və katibi olub.
1992-ci 1993-cü illərdə Qubadlıda hərbi hissə komandiri,Briqada komandirinin müavini, eyni zamanda ordu quruculuğunun təşkilatçısı olub.
1993-cü ilin fevral ayından Elçi Bəyin Qubadlı rayonunda səlahiyyətli nümayəndəsi olub. 1993-cü ilin may ayından Əbülfəz Elçibəyin Zəngilan, Qubadlı, Cəbrayıl və Fizuli rayonları üzrə səlahiyyətli nümayəndəsi olub.
1993-1996-cı illərdə hazırki iqtidar tərəfindən müxtəlif yalan ittihamlarla istintaqlara cəlb olunub və bəraət qazanıb.
1998-ci ilin dekabr ayının 1-dən Elçibəyin BAB-nin Qubadlı üzrə səlahiyyətli nümayəndəsidi. 1998-2001-ci ildə ELÇİBƏYİN təyinatı ilə "Tanıtım" qəzetinin baş direktoru olub., Azərbaycanda ilk dəfə latın qrafikası ilə çıxan, Azərbaycanın bütövlüyünə xidmət edən "Tanıtım" qəzetini Azərbaycanın Cənubuna və dünyanın bir sıra dövlətlərinə yayımlayıb.
2005-ci və 2010-cu ildə Milli Məclisə seçkilərdə namizəd kimi iştirak edib. Elçi Bəy dünyasını dəyişəndən hal-hazıra kimi müstəqil siyasətlə məşğuldur. Müstəqil iş adamı. Xalq və Milli Dövlətçilik uğrunda mübarizə Aydın Şükürovun həyatınin tərkib hissəsidir.
Tarix: 26.01.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanın müharibələri