İsabala Bayramov
Həyatı
İsabala Əli oğlu Bayramov 1967-ci ildə Ermənistan SSR Quqarq rayonunda anadan olub. Hərbi xidmətdən sonra bir müddət Komi MSSR-də praporşik işləyib. Sonra Vətənə qayıdıb.
1988-ci ildə doğma yurd-yuvasından didərgin düşmüşdür. 2 uşağı var. Hələ işə düzələ bilməmişdi. Günəmuzd işləyirdi.
Yanvarın 19-da əmisi oğlu Bayramov Mübarizlə XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00.30 radələrində dinc əhaliyə silah atılan vaxt İsabala yaralanmış, onu Semaşko xəstəxanasına gətirənəcən yolda keçinmişdir.
Güllə baş nahiyəsindən dəymiş, kəllə sümüyünü zədələmişdir.
Şəhidlər xiyabanında dəfn edilib.
Tarix: 27.01.2015 / 13:18 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycanın müharibələri
loading...