Həyatı
Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi хidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993-1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur.
Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman хeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi.
Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıхanov qəsəbəsində dəfn olunmuşdur.
İthaf olunmuş şeirlər
Ağlar
Unudulmaz Aşıq Arzumanın xatirəsinə
Şəklinə baxıram kor olmuş gözüm,
Hey leysan ələyib, elə qan ağlar.
Səhralar dolanıb viranə könlüm,
Məzarın başında pərişan ağlar.
Dərdin qazanı var, qəmin qaşığı,
Söndü taleyinin qəfil işığı.
Ay el sənətkarı, el yaraşığı,
Sənsiz qalan neçə toy-nişan ağlar.
Əritdin ürəyi qüssə, təlaşda,
Sənə yaraşmırdı ölüm bu yaşda.
Bacı da, qardaş da, dost da, sirdaş da
Hamısı dil deyib Arzuman ağlar.
11 iyun 2010-cu il.
Qılman İmanlı-şair.
Tarix: 26.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 143 Bölmə: Azərbaycanın müharibələri