Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Habil Əzizov

Həyatı
Habil Kommunar oğlu Əzizov 1968-ci il yanvar ayının 19-da Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub.

Habil həmin gün, yəni 1990-cı il yanvar ayının 19-da düşmən tankının altında qalaraq şəhid olub. Habil Bakı şəhərində Xalq Təsərüfatı inistutunun 3-cü kursunda oxuyurdu. 19 yanvarda imtahandan çıxaraq, ad gününü yoldaşları ilə birlikdə qeyd edən Habil, elə yoldaşları ilə birlikdə də şəhidlik zirvəsinə ucalıb.

Şəhidin anası Zinayə Əzizova Habilin hər zaman qəlbində yaşadığını, şəhid oğlunun qəlbində hər zaman yaşadığını bildirib.

20 yanvar şəhidi olan Ağstafa rayon Vurğun qəsəbə sakini Habil Əzizov doğulduğu qəsəbə qəbirstanlığında dəfn edilib. Onun qəbri hər il yanvar ayının 15-dən 20-dək hər kəsin ziyarətgahına çevrilir.

Şəhid Habil Əzizovun adını daşıdığı məktəbin kollektivi hər il şəhidin qəbrini ziyarət edərək ruhuna dualar oxuyurlar.


Tarix: 27.01.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycanın müharibələri‎
loading...