Həyatı
Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176-1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172-1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı. Lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Tarix: 29.01.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Atabəylər hökmdarları