Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boris Tokaryev

Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
2.1 Aktyorluq fəaliyyəti
2.2 Rejissor fəaliyyəti


Həyatı

Boris Tokaryev 1947-ci ildə Kalujsk vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir.

Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır. Məktəbi bitirənə qədər o, daha bir neçə filmdə çəkilir.

"Maksim, indi haradasan?" filminin çəkilişlərində 17 yaşlı Boris onunla tərəfmüqabil olan Lüdmila Qladunko ilə tanış olur. Onlar 1969-cu ildə ailə həyatı qurmuşdular...

Filmoqrafiya

Aktyorluq fəaliyyəti
Xilas edilmiş nəsil (1959)
Göy dəftər (1963)
Maksim, indi haradasan? (1964)
Palata (1964)
Doğruluq (1965)
Dənizə yol (1965)
Knyaz İqor (1969)
Dənizçi xarakteri (1970)
İsti qar (1973)
İki kapitan (film, 1976)
Dumanda sahil (1985)
Prezident və onun xanımı (1996)
Detektiv Dubrovskinin dosyesi (1999)
Məni tərk eləmə, məhəbbət (2001)
Distansiya (2009)

Rejissor fəaliyyəti
Gecə ekipajı (1987)
Tərkdünya (1992)
Məni tərk eləmə, məhəbbət (2001)
Distansiya (2009)


Tarix: 07.02.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Aktyorlar
loading...