Aktyor. Film səsləndirən
Həyatı
1984-cü ildə Şuşa orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin kamança sinfini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır. Əsas rolları: Vəli ("Arşın mal alan", Ü.Hacıbəyov), Miriş ("Özümüz bilərik", S.Ələsgərov və Ş.Qurbanov), Hilal ("Durna", S.Rüstəmov və S.Rüstəm), Rüstəm bəy və Ağacəfər Qalibani ("Ayının min bir oyunu", S.Qənizadə), Qoca ("Marqaritka", A.Salak-ru), Hopay ("Gözəlləri necə qaçırırlar", B.Appayev), Nağılçı və müdrik Səlim ("Xəlifə Leylək", V.Qauf), Surxay və Mirzə Cavad ("Aydın", C.Cabbarlı), Jurnalist ("Ağıllı adam", F.Mustafa), Dahi ("Sehirli kreslo", F.Karinti), Rüstəm ("Bayra-mın birinci günü", N.Hikmət), Səfər bəy ("Millət dostları", Ə.Haqverdiyev), dəllək İmamverdi və İsmayıl ("Dağılan tifaq", Ə.Haqverdiyev), kamançaçı Baxşı ("Kamança", C. Məmmədquluzadə). "Nəğmədir, gülüş-dür hər dərdə məlhəm" adlı konsert-tamaşada A.Məmmədov həm aktyor, həm də musiqiçi kimi çıxış edir. O. teatrda hazırlanan bir-neçə tamaşanın musiqi tərtibatçısı olmuşdur: C.Cabbarlı "Aydın", S.S.Axundov "Tamahkar", Ə.Haqverdiyev "Dağılan tifaq", C.Məmmədquluzadə "Kamança", H.Mirələmov "Güllələnmiş heykəllərin fəryadı", İ.Əfəndiyev "Sən həmişə mənimləsən", N.Qənbər "Meymunun dəfni". A.Məmmədov geniş diapazonlu bir aktyordur.1994-cü ildə keçirilən "Him-cim" pantomim festivalında R.Şahsuvarovun "Üç nöqtə, vergül, nida, sual" pantomim tamaşasındakı Bala ördək (mim), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında M.F.Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı Hatəmxan ağa, 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Kişi ("Musiqili məktublar", F.Mustafa) və Nikita İvanıç ("Qu quşunun nəğməsi", A.P.Çexov) rolları dediklərimizə əyani sübutdur.
"Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə O, 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Qızıl Dərviş" mükafatı almışdır. 2005-ci ildə Prezident mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
Yol yoldaşları (film, 2003)
Böyük türk. II film (film, 2007)
Sonuncu dərviş (film, 2009)
Döngələr (2012)
Dalan (film, 2012)
Tarix: 31.01.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 537 Bölmə: Aktyorlar