Aktyor.
Həyatı
Dadaşov Zakir Mirahim oğlu 15 fevral 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı Musiqi Akademiyasının nəfəs alətləri «qaboy» fakültəsini bitirib. 6 sentyabr 1990-cı il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində «O olmasın, bu olsun», «On min dollarlıq keyf», «Nəğməli Könül», «Dəli dünya», «Bir saat xəlifəlik», «Hələlik», «Bankir adaxlı», «Səhnədə məhəbbət», «Məhəbbət oyunu», «Qırmızı papaq», «Şən dul qadın», «Əlin cibində olsun», «Məsmə xala dayımdır», «Maritsa», «Talelər qovuşanda», «Volqalı canan», «Silva», «Çılğın Qasqoniyalı», «Bir günlük siğə», «Aldın payını, çağır dayını», «Şeytanın yubileyi», «Qadınsız yaşamaq olmaz» kimi tamaşalarında iştirak etmişdir. Orkestr artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, işinə peşəkarlıqla yanaşmışdır. Z. Dadaşov hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Evlidir 2 övladı var.
Filmoqrafiya
Məhəllə (film, 2003)
Tarix: 05.02.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Aktyorlar