Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Xanızadə

Bəxtiyar Xanızadə — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. 1978-ci ildə Gəncə Dövlət Dram teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982-1983-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomima teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. (2000). O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti" (1991), "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar" (1992), "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" (1993) adlı elmi əsərlərin müəllifidir. O, "Bayraqdarlar", "Kvaksafon", Samurayın ölümü", "Eşq", "Zibillik pərvanələri", "Kölgə adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir. 2000-ci il 6 mart tarixində "Dəli yığıncağı" Pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir. Bəxtiyar Xanı-Zadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomima Teatrında bədii rəhbər vəzifəsində işləyir. Bəxtiyar Xanı-Zadə Ə.Atakişiyev "Qərib cinlər diyarında" – (Qərib), O.Mirqasımov "Ovsunçu" – (Rəsul), R.Həsənoğlu "Hüseyn Cavid" – (A.M.Şərifzadə) filmlərində çəkilmişdir. O, Ramiz Həsənoğlunun "Fatehlərin divanı", "Nigarançılıq", "Dədə-Qorqud" tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir. Dövlət Pantomima teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanı-Zadə "Nağaraçılar", "Pantomima buketi", Slavomir Mrojek "Karol xofu", Məhəmməd Füzuli "Gəldim ki, olam ğəmin hərifi" ("Leyli və Məcnun" poemasının motivləri əsasında), Əbdürrəhimbəy Haqverdiyev "Kimdir müqəssir?", Şeyx Əttar Nişapuri "Uçuş" – (plastik həlli üzrə rejissor), Çingiz Aytmatov "Manqurt", Mehman Musabəyov "Şəngül, Şüngül, Məngül", Bəxtiyar Xanı-Zadə "Şərqə səyahət", Üzeyir bəy Hacıbəyov "Dulusçu" ("Biz nə tövr iş görürük?" fleytonu əsasında), Bəxtiyar Xanı-Zadə "Zibillik pərvanələri" , "Bayraqdarlar", "Samurayın ölümü", "Kvaksafon", "Eşq" (V.Şekspirin sonetləri əsasında plastik düşüncə), "Asılqan", "Kölgə", Z.Zeynalov "Maska", Antuan dö Sent Eqzüperi "Balaca Şahzadə", R.Akutaqava "Kesa və Morito", Özel Arabul "Foto Bahar" tamaşalarına quruluş vermişdir. Bəxtiyar Xanı-Zadə Gürcüstanda (Tiflis, aprel 1999. "Teatr+Vodeo" festivalı), Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Fransada (Paris, "Dədə Qorqud-1300"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Bolqarıstanda ( Sofiya, 18 iyul – 4 avqust, 2000-ci il. İfaçılıq sənətləri üzrə yay akademiyası "Bədənlər və zaman", seminar), Gürcüstanda (Tiflis, 17 sentyabr-8oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000. 1-ci Beynəlxalq Pantomima Festivalında), Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin "Pyerettanın örtüyü" beynəlxalq proyektində), Türkiyədə (7-17 noyabr 2001. 6-cı Ankara teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Avstriya (10-14 aprel 2003, Vyana. "Arzular aləminə səyahət" proyektində), Ukrayna (7-14 may 2003, Kiyev. "Kiyev- Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstan (kazan 30 may -6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Misir (Qahirə, 20 sentyabr 2005 17 –ci Beynəlxalq teatr Festivalı) Türkiyə (Trabzon 1-13 may 2006-cı il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.

28 oktyabr 2000-ci il tarixində Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. 2003 və 2012-ci ildən Prezident mükafatçısıdır.

Filmoqrafiya
Qərib cinlər diyarında (film, 1977)
Dantenin yubileyi (film, 1978)
İşgüzar səfər (film, 1982)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Fatehlərin divanı (film, 1997)
Nigarançılıq (film, 1998)
Ovsunçu (film, 2003)
Cavid ömrü (film, 2007)
Günaydın, mələyim! (film, 2008)
Sübhün səfiri (film, 2012)
Qisas almadan ölmə


Tarix: 31.01.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 502 Bölmə: Aktyorlar
loading...