Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxan Qasımov

Elxan Qasımov — Aktyor. Rejissor. Rejissor assistenti. Filmlərdə iştirak edən. Verilişlərdə iştirak edən.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 İstinadlar
5 Həmçinin bax


Həyatı

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.

"Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan aktyor və rejissor Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu[1].

Filmoqrafiya
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Aşıq Ələsgər (film, 1972)
Atası yandı (film, 1986)
Axırıncı aşırım (film, 1971)
Ay çox, il çox... (film, 1985)
...balıq sevdası (film, 1979)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Bizim küçənin oğlanları (film, 1973)
Böyük anda sadiqik (film, 1981)
Cavabsız sual (film, 1977)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Cərimə yolları (film, 1978)
Əhməd haradadır? (film, 1963)
Əlavə təsir (film, 2010)
Gözlə məni (film, 1980)
İnsan məskən salır (film, 1967)
İstintaq (film, 1979)
Köhnə bərə (film, 1984)
Qatır Məmməd (film, 1974)
Qocalar, qocalar... (film, 1982)
Məhəbbətin familiyası (film, 1977)
"Mozalan"ın izi ilə (film, 1991)
Müstəqilliyin keşiyində (film, 1996)
Nəsimi (film, 1971)
Nəticə (film, 1985) (II)
Nəticə (film, 1986) (II)
Nizami Gəncəvi (film, 1976)
O qızı tapın (film, 1970)
Otel otağı (film, 1998)
Özgə vaxtın doğma anları (film, 2002)
Perspektivsiz tikinti (film, 1991)
Sevinc sarayı (film, 1970)
Təcili yardım lazımdır (film, 1974)
Təhlükə astanaları (film, 1986)
Uçurum üzərində cığır (film, 1979)
Ürək yaddaşı (film, 1981)
Ürək... Ürək... (film, 1976)
Ver verim (film, 1974)
Xoruzun quyruğu (film, 1980)
Zərbə (film, 1983)


Tarix: 01.02.2013 / 19:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Aktyorlar
loading...