Əzizağa Əzizov – aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax
Həyatı
Əzizov Əzizağa Ağayar oğlu (20.10.1960) – 20 oktyabr 1960-cı ildə Qazıməmməd rayonunda anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirb.
İş fəaliyyətinə 1985-ci ildə Kirovobad (Gəncə) Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb.
1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.
1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s. kimi yaddaqalan obrazları yaratmış Ə.Əzizov, həmçinin televiziya tamaşalarında və verlişlərində də duzlu, məzəli obrazlar yaratmaqda davam edir.
Evlidir, 2 övladı var.
Filmoqrafiya
Aramızda qalsın (film, 2011)
Ci-Mi (film, 2008)
Dəvətnamə (film, 2003)
Hərənin öz payı+tayı (film, 2006)
Qovğalı kəndinin gecələri (film, 2008)
Şans (film, 2004)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Tarix: 06.02.2013 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Aktyorlar