Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keri Qrant

Keri Qrant (ing. Cary Grant; 18 yanvar 1904, Bristol, Böyük Britaniya - 29 noyabr 1986, Ayova, ABŞ) — ABŞ və Böyük Britaniya aktyoru.Mündəricat
1 Həyatı
2 Şəxsi həyatı
3 Filmoqrafiya
4 İstinadlar


Həyatı

Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir.

Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır. Belə ki, kinoulduz Mey Uest "Onunla düz rəftar etmirdi" (1933) və "Mən mələk deyiləm" (1934) filmlərində məhz Qrantın ona tərəf-müqabil olmasını tələb etmişdi.

1935-ci ildə "Paramount Pictures" kino şirkətilə müqavilənin vaxtı bitir. Aktyor müqaviləni o vaxta qədər misli görünməmiş şərtlərlə bərpa edir. O, rəqib kino şirkətlərilə işləmək və ona verilən rollara şəxsən özünün nəzarət etməsini həyata keçirtdi. Bu sərbəstlik ona gətirib çıxardı ki, heç bir studiya onun "Oskar" qazanmasında maraqlı olmadı. Buna görə də o, hər hansı bir roluna görə heç vaxt bu mükafatı əldə etmədi.

1930-cu illərin sonunda Qrantın çəkildiyi filmləri komediyalar, daha dəqiq desək, farslar təşkil edirdi. 1940-cı ildə o, "Filadelfiya əhvalatı" filmində ən məşhur rollarından birini ifa etdi. Elə həmin illərdə onun Alfred Hiçkokla əməkdaşlığı başlanır. Hiçkok etiraf edirdi ki, ümumiyyətlə aktyorları sevmir və onlara hörmət etmir. Yeganə istisna isə Keri Qrant idi. Onların birgə əməkdaşlığı nəticəsində "Şübhə" (1941), "Axmaq şöhrət" (1946), "Oğrunu tutmaq" (1955), "Şimal-qərbdən şimala" (1959) kimi gözəl filmlər yarandı.

Keri Qrant və Odri Hepbern "Şarada" filmində (1963)

İnanılmaz olsa da, Qrantın cazibəsi və qadınlar arasında olan şöhrəti illər keçdikcə daha da artırdı. Bu səbəbdən hətta 1960-cı illərdə də o, Hollivudun ən çox gəlir əldə edən aktyorlarından idi. O, 5 dəfə evli olsa da, Hollivudda heç vaxt seksual istiqamətdə ona maraq azalmamışdı. Yan Fleminq etiraf edirdi ki, Qrant "Agent 007"nin prototiplərindən biridir. Bu rol ona təklif olunanda, aktyor yaşı ilə əlaqədar imtina etmişdi.

Keri Qrantın sonuncu uğurlu filmləri sırasında aktrisa Odri Hepbernlə çəkildiyi "Şarada" detektiv filminin (1963) və "Get, amma qaçma" filminin (1966) də xüsusi yeri var idi. Bu filmlər ekrana çıxanda Qrant kino fəaliyyətinin başa çatdığını elan etdi. 1970-ci ildə Amerika Kino Akademiyası onu Fəxri "Oskar" mükafatına layiq gördü. Bu mükafat ona "qeyri-adi ustalığına və həmkarların hörmətlə təşəkkürünə" görə təqdim edilmişdi.

Qrant ömrünün son illərini həyatdan təcrid olmuş halda və heç kimə müsahibə vermədən keçirdi. Fərqlilik üçün o, Amerika şəhərləri üzrə vida turu keçirmək qərarına gəlmişdi. Lakin 29 noyabr 1986-cı ildə verdiyi konsertlərin birindən sonra insultdan vəfat etmişdir.

Şəxsi həyatı

Keri Qrant 5 dəfə evli olmuşdur. Onun həyat yoldaşları Virciniya Çerrill, Betsi Dreyk, Dayan Kennon, Barbara Hatton və Barbara Harris olmuşdur. Buna baxmayaraq onun homoseksuallığı haqqında söz-söhbətlər də yayılmışdı. Bu söhbətlərə görə, onun aktyor Rendolf Skottla da əlaqəsi olmuşdu [1].

Filmoqrafiya
Şarada (film, 1963) / Charade


Tarix: 30.01.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Aktyorlar
loading...