Aktyor. Filmlərdə iştirak edən.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Şəkil
5 Həmçinin bax
Həyatı
V.Kərimov 1971-ci ildə Mədəni-maarif Texnikumunun "Bədii özfəaliyyət kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1974-cü ildə o, təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 2004-cü ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına dəvət olunmuşdur. 2006-cı ildən V.Kərimov C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışır. Aktyorun yaradıcılıq bioqrafiyası müxtəlif janrlı obrazlarla zəngindir. Onun Piri kişi (S.S.Axundov, "Eşq və intiqam"), Lələ (S.S.Axundov, "Laçın yuvası"), Osip (N.Qoqol, "Müfəttiş"), Kərəm (İ.Əfəndiyev, "Unuda bilmirəm"), Cabbar (İ.Əfəndiyev, "Sevgililərin cəhənnəmdə vüsalı"), Ağayi Əşrəf (İ.Əfəndiyev, "Tənha iydə ağacı"), Qasım (Ə.Əmirli, "Robot qadın"), Kərəməli (M.F.Axundov, "Hacı Qara"), Tatar Temir (V.Səmədoğlu, "Qətl günü"), Zakirin oğlu (A.Babayev, "Zakir"), Qulu (C.Məmmədquluzadə, "Anamın kitabı") və başqa rolları tamaşaçı rəğbətini qazanmışdır.
Filmoqrafiya
Hücum (film, 1989)
Yaxşı adam haqqında (film, 2004)
Mənim atam Əliövsət Sadıqov (film, 2007)
Sovqat (film, 2009)
Susmuş vicdan (film, 2010)
Dolu (film, 2012)
Tarix: 05.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 354 Bölmə: Aktyorlar